BOB
Bank of Baku
Məhsul və müştəri idarəetməsi departamenti, Pərakəndə kredit məhsulları şöbəsinin kiçik eksperti
1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Rəqib banklar, maliyyə qurumları və bazar konyunkturu üzrə məlumatların toplanması, emalı və data əsaslı təhlilinin aparılması; bazar ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq məhsul/təkliflərin hazırlanması;
- Yeni kredit məhsulları və mövcud məhsullara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması zamanı statistik məlumatların təhlili, trendlərin qiymətləndirilməsi və nəticələrin əsaslandırılmış formada təqdim edilməsi;
- Pərakəndə kredit məhsullarına dair bütün tələb olunan hesabatların hazırlanması üçün məlumatların toplanması, emalı, sistemləşdirilməsi və nəticələrin analitik şəkildə təqdim olunması;
- Yeni və rəqəmsal kredit məhsullarının hazırlanması prosesində data təhlilindən istifadə edərək təkmilləşdirmə sahələrinin müəyyən edilməsi; texniki tapşırıqların yazılması və tətbiq prosesində məlumatların düzgün inteqrasiyasına nəzarət və s.
Yumşaq bacarıqlar
- Təşəbbüskarlıq
- Məsuliyyət
- Nəticəyə yönümlülük
Digər şərtlər
- Ali təhsil - İqtisadi-idarəetmə sahəsində.
- Minimum 0–1 il uyğun iş təcrübəsi
Dil biliyi
- Azərbaycan - Yüksək
- Kompüter biliyi
- MS Office - orta
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 8 iyun 2026 (bu elan) · jobsearch.az
- 8 iyun 2026 · jobsearch.az