İSB
İcbari Sığorta Bürosu
Metodologiya şöbəsinin analitiki
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
Vəzifə haqqında
Təsvir
1. sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;
2. sığorta bazarı ilə bağlı beynəlxalq təcrübəni və qabaqcıl yanaşmaları təhlil edir (sığortalanma modeli, bazar şərtləri və s.) və həmin təcrübənin yerli mühitə uyğunlaşdırılması üzrə əsaslandırılmış təkliflər hazırlayır;
3. sığorta bazarı üzrə mövcud trendləri, problemli sahələri və bazar iştirakçılarının davranış dəyişikliklərini mütəmadi təhlil edir və nəticələr barədə analitik arayışlar hazırlayır;
4. qanunvericiliyin tələbləri ilə bazar iştirakçılarının faktiki davranışı arasında uyğunsuzluqları, habelə nəzarət mexanizmlərində boşluqları aşkar edir və aşkar edilmiş boşluqlar üzrə əsaslandırılmış təkliflər hazırlayır;
5. sığorta bazarının məruz qaldığı riskləri təhlil edir, qiymətləndirir və onların aradan qaldırılması üzrə təkliflər verir;
6. normativ və metodoloji dəyişiklik təşəbbüsləri üzrə təklif olunan dəyişikliklərin təsirini təhlil edir;
7. dəyişiklik təşəbbüsləri üzrə alternativ həll ssenarilərini müəyyən edərək müqayisə edir, hər bir ssenari üzrə ölçülə bilən nəticələr və risk matrisi hazırlayır;
8. daxil olan təkliflər və rəylər üzrə analitik arayışlar hazırlayır;
9. səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə baxır, sorğu və məktublara cavab layihələrini hazırlayır;
10. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Tələblər
· Ali təhsil və azı 2 il iş stajı ((hüquq üzrə təhsil və sığorta sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir);
· Analitik düşüncə və strateji baxış qabiliyyəti;
· Analitik yazı bacarığı;
· MS Office proqramlarından istifadə bacarığı;
· Excel-də böyük həcmli məlumatlarla işləmək bacarığı;
· Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini sərbəst bilmək