NC
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
“Nur Collection” MMC “Mühasib” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş qrafiki
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Bakı-Sumqayıt yolunun üstü
Əsas Vəzifələr:
- Müəssisənin gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- ƏDV, ÖMV, mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanması;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların, müqavilələrin və digər maliyyə sənədlərinin tərtib edilməsi;
- Bank əməliyyatlarının aparılması və internet banking üzərindən ödənişlərin icrası;
- Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
- Kassa əməliyyatlarının uçotunun təşkili;
- 1C proqramında əməliyyatların düzgün müxabirləşdirilməsinə nəzarət;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Rəhbərlik tərəfindən verilən maliyyə və hesabatlıqla bağlı tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Elektron portallarla işləmə bacarığı (e-taxes, e-gov, e-sosial və s.);
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik və operativlik;
- PMS sertifikatının olması üstünlük hesab olunur
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mühasib” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.