AP
Aqua Plus MMC

Mühasib

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼800+
+99451 566 00 90
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Vəzifə öhdəlikləri

  • Kontragent müqavilələrinin punktual və səliqəli qaydada hazırlanması
  • Alqı satqı müqavilələrinin və alt sənədlərin (QRP, Hesab faktua və Təhvil-Təslim aktı) hazırlanması
  • Ay sonu smart kassalardan ZET hesabatının yığılaraq Excel-ə işlənməsi
  • 1C sistem üzrə mühasibat uçotunun düzgün qaydada aparılması, uçota nəzarət, uçotun düzgün istiqamətləndirilməsi
  • Xərclərin idarə edilməsi və sistem üzrə düzgün işlənməsi üçün istiqamət verilməsi
  • Müəssisənin aylıq xərc hesabatının hazırlanması və hər ay təqdim edilməsi
  • Bazaya elektron qaimələrin işlənməsi
  • Əməkhaqqı ödənişlərinin, Vergi, Sosial və digər ödənişlərin qeydiyyatının aparılması (1C)
  • Vaxtı-vaxtında bank və ƏDV Depozit hesabından çıxarışların sistem üzrə reviziyası
  • YALNIZ Lazım olduğu təqdirdə Bank və ƏDV ödənişlərinin icrası (Yalnız lazım olduqda)
  • Sistemdə əməkdaşlar tərəfindən işlənilən əməliyyatlara nəzarət edilməsi
  • Daxil olan ödənişlərin Əsas və ƏDV məbləği olaraq parçalanaraq sistemə işlənməsi
  • Xərc maddələrinin kontrolu, xərclərin sistemə düzgün qaydada işlənməsinin təmin edilməsi
  • Sənəd dövriyyəsinin düzgün qaydada təmin edilməsi
  • Debitor və kreditorlarla hesablaşmalar, həftədə 2-3 dəfə borclu müştərilərə xəbərdarlıq edilməsi və borc kontrolu
  • YALNIZ Lazım olduğu təqdirdə mallar üzrə əməliyyatların proqrama daxil edilməsi (Malların yerdəyişməsi, realizasiya, kassa mədaxil orderlərinin işlənməsi)

Qeyd: Ali təhsil, punktual və səliqəli yazı qabiliyyəti müqavilələrin yazılması və idarə edilməsi üçün mütləqdir. 

Tələb olunan bacarıqlar:

  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
  • 1C 8.3 KOMPLEKS AVTOMATLAŞDIRMA proqramında sərbəst işləmək bacarığı zəruridir
  • Əməkdaşdan orta-ali maliyyə savadlılığı tələb olunur. 
  • Müvafiq sahədə ali təhsil və minimum 1 il təcrübə; 
  • Kompüter bilikləri: Əla səviyyədə tələb olunur. Hər hansı proqramda işləmə bacarığı, MS Office (Excel yaxşı səviyyədə)
  • Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli

İş şəraiti

  • İş yeri: Abşeron Ticarət Mərkəzi, Lökbatan-Xocasən Yolu
  • İş vaxtı: 08.00-17.00 (Həftədə 6 gün)
  • Maaş: 800 AZN + artım

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: +99451 566 00 90

Oxşar vakansiyalar