AS
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.prof
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
ATS Soy Processing MMC olaraq maliyyə proseslərinin effektiv idarə olunmasına töhfə verəcək, peşəkar və nəticəyönümlü Mühasib axtarırıq. Bu vəzifədə siz maliyyə uçotunun dəqiq və şəffaf aparılmasına, maliyyə əməliyyatlarının düzgün idarə edilməsinə və hesabatlılıq proseslərinin yüksək standartlar əsasında həyata keçirilməsinə cavabdeh olacaqsınız. Əgər analitik düşüncə tərzinə malik, detallara diqqətli, məsuliyyətli və peşəkar inkişafını davamlı olaraq prioritet hesab edən mütəxəssissinizsə, sizi güclü komandamızın bir hissəsi olmağa dəvət edirik. Biz sizə peşəkar inkişaf imkanları, dinamik iş mühiti və dəyər yaradan layihələrdə iştirak etmək fürsəti təqdim edirik.
Tələblər
Əsas Vəzifə Öhdəlikləri:
- Pul vəsaitlərinin idarə edilməsi: Mədaxil və məxaric əməliyyatlarının ERP proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların sistemlə uyğunluğunun yoxlanılması və sənədlərin arxivləşdirilməsi.
- Elektron sənəd dövriyyəsi (Alış): Tədarükçülərdən daxil olan elektron qaimələrin ilkin sənədlərlə üzləşdirilərək düzgünlüyünün yoxlanılması, təsdiq edilməsi və ERP proqramında mühasibatlıq uçotuna işlənməsi.
- Təhvil-təslim aktları: Görülmüş işlər və göstərilmiş xidmətlər üzrə təhvil-təslim aktlarının qəbulu, yoxlanılması və elektron bazada saxlanılması.
- Satış uçotu (Satış): Müəssisənin satış əməliyyatları zamanı ilkin sənədlərin düzgünlüyünün yoxlanılması və uçotunun aparılması.
- Dövlət portalları ilə iş: Tələb olunan elektron qaimələrin (e-taxes.gov.az) dəqiq tərtib olunması, göndərilməsi və sənədlərin elektron qeydiyyatının aparılması.
- Müxabirləşmələr: Mühasibat uçotu standartlarına və qaydalarına uyğun olaraq düzgün müxabirləşmələrin verilməsi.
Namizədə dair Tələblər:
Təhsil və Təcrübə:
- Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil.
- Təcrübə: Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi.
Texniki Biliklər:
- ERP proqramları: 1C 8.3 ERP proqramında sərbəst işləmək bacarığı mütləqdir.
- Dövlət Portalları: e-taxes.gov.az portalı ilə praktiki işləmə təcrübəsi.
- Ofis proqramları: Microsoft Office proqramları