PM
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.mid
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Hesab əməliyyatlarını və daxil olan ödənişləri maliyyə siyasətlərinə və prosedurlarına uyğun olaraq yerinə yetirmək;
- Borclu hesablar haqqında məlumatların yoxlanılması, hesablanması, yerləşdirilməsi və qeydiyyatı da daxil olmaqla gündəlik maliyyə əməliyyatlarını həyata keçirmək;
- Hesabları, fakturaları və bank depozitlərini hazırlamaq;
- Bütün ödənişlərin uçota alınması və düzgün saxlanması üçün mühasibatlıq dəftəri ilə uyğunluğu təmin etmək;
- Uyğunsuzluqları təyin etmək və müştərilərin hesablaşma məsələlərini həll etmək;
- Faktura ilə bağlı xəbərdarlıqlar göndərərək və müştərilərlə əlaqə saxlayaraq vaxtı çatan hesab-fakturaların ödənilməsini təmin etmək;
- Borclu hesabların vəziyyəti ilə bağlı detallı maliyyə hesabatları və bülletenlər hazırlamaq;
- Əmək haqqı, satınalma sifarişləri, hesab-fakturalar, çıxarışlar və s. daxil olmaqla bütün ödənişlərin və xərclərin uçotunu aparmaq;
- Mədaxilləri təsdiqləyərək və sistem hesabatlarını balanslarla müqayisə edərək görülmüş işlərin uyğunluğunu təmin etmək;
- Xərc hesabatlarını təsdiqləyərək və ödəniş çekləri hazırlayaraq işçilərə ödəniş etmək;
- Ödəniş çeklərini hazırlayaraq tədarükçülərə ödəniş etmək və ödənilməmiş kredit üçün ödənişin alınmasını təmin etmək, ümumiyyətlə maliyyə ilə bağlı bütün tədarükçü sorğularına cavab vermək;
- Hesablarla bağlı analizlər aparmaq və aylıq hesabatlar çıxarmaq;
- Ödəniş prosesini təkmilləşdirməyə davam etmək;
- Gündəlik bank və ƏDV uzlaşmasını aparmaq.
Tələblər
- Maliyyə, mühasibatlıq və ya digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsinə sahib olan namizdələrə üstünlük verilir;
- F3 və ya digər ACCA diplomuna sahib olmaq bir üstünlükdür;
- Maliyyə şöbəsində minimum 2-3 illik iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini yaxşı bilmək;
- MS Office (Word, Excel (yüksək səviyyədə) və Power Point) proqramlarında işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Güclü analitik bacarıqlar: problemləri təkbaşına həll etmək bacarığı ilə tənqidi düşünmə bacarıqları;
- Müvafiq qaydalar və təlimatlar haqqında biliklər.