İİŞ
İnvestAZ İnvestisiya şirkəti
Müştərilərə xidmət üzrə əməliyyatçı
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
Əsas vəzifələr:
- Ofisə daxil olan müştəriləri gülərüz və nəzakətli formada qarşılamaq;
- Müvafiq şöbə və ya əməkdaşa yönləndirmək;
- Ziyarətçilərin qeydiyyatını aparmaq və giriş-çıxış nəzarətini təmin etmək;
- Reseption zonasının səliqəli, təmiz və peşəkar görünüşdə olmasına nəzarət etmək;
- Qəbul zonası üçün zəruri materialların (formalar, broşürlər, qonaq kartları və s.) təchizatını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ icrası.
Təklif edirik:
İş saatları: 09:00-18:00;
İstirahət günləri: Şənbə, Bazar;
Tibbi sığorta;
Nahar şirkət tərəfindən təmin edilir.
Tələblər
Namizədə tələblər:
- Təhsil: Ali;
- Yaş: 18 - 35;
- İş stajı: müvafiq sahədə ən azı 1 il;
- Dil biliyi: Azərbaycan və Rus dillərini mükəmməl bilmək;
- Kompüter biliyi: MS Office (yüksək səviyyədə).
Cəhətlər:
- Yüksək ünsiyyət, dinləmə və təqdim etmə bacarıqları;
- Peşəkar yanaşmaya və intizama malik olmaq;
- Məsuliyyətli və operativ olmaq;
- Gülərüz, səliqəli görünüşdə olmaq.