Network system administratoru
- Təcrübə
- 1 ildən 3 ilə qədər
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Firewall, kommutatorlar (switches), marşrutlaşdırıcılar (routers), AP-lər və kontrollerlər daxil olmaqla şəbəkə infrastrukturunu (2–3-cü səviyyə) idarə etmək və optimallaşdırmaq
Yeni ofis/məlumat mərkəzi şəbəkələrinin və ya kritik arxitektura dəyişikliklərinin uçdan-uca planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək
ACL-lər, VLAN-lar, subnetting və firewall üzrə ən yaxşı təcrübələrlə bağlı qabaqcıl konfiqurasiya və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək
Telekommunikasiya provayderləri, DNS, DHCP, korporativ Wi-Fi sistemləri, service desk müraciətləri, strukturlaşdırılmış kabelçilik və fiber optika ilə bağlı idarəetmə və yüksək səviyyəli dəstək göstərmək
Avtomatlaşdırma, şəbəkənin yenilənməsi (network refresh) və s. kimi böyük şəbəkə ilə bağlı layihələri müstəqil şəkildə başlanğıcdan sona qədər idarə etmək və aidiyyəti komandaları mentorluq etmək
Şəbəkə konfiqurasiyalarını standartlara uyğun şəkildə sənədləşdirmək (rack sxemləri, port xəritələri, CIDR diapazonları, VLAN-lar, VPN-lər, switch konfiqurasiyaları, marşrut cədvəlləri və s.)
Şəbəkə parametrlərində icazəsiz dəyişiklikləri monitorinq etmək və aşkar etmək
On-premise şəbəkələr üçün yeni avadanlıqların yerləşdirilməsi və konfiqurasiyasına rəhbərlik etmək
IP telefonlar, PBX, kommutatorlar, marşrutlaşdırıcılar, AP-lər və s. üçün kütləvi firmware yeniləmələrini planlaşdırmaq və icra etmək
Konfiqurasiya və image ehtiyat nüsxələrinin müntəzəm saxlanılmasını təmin etmək
Bir neçə ofis, bulud və on-premise inteqrasiyalı mühitlər üçün SD-WAN, VPN və WAN texnologiyalarının istifadəsi və konfiqurasiyası üzrə qabaqcıl təcrübəyə malik olmaq
Uyğun namizədlər CV-lərini və ya əlaqə məlumatlarını [email protected] mail unvanına təqdim edə bilərlər.