Nəzarət Departamentinin Pərakəndə Kreditlərin Monitorinqi Şöbəsinin Baş Mütəxəssisi (Risk Control Analyst)
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Birbankın Nəzarət Departamenti kredit portfeli üzrə risklərin müəyyən edilməsi, gündəlik əməliyyatların monitorinqi və potensial risklərin vaxtında aşkarlanması istiqamətində çalışacaq təcrübəli mütəxəssis axtarır. Biz bankçılıq sahəsində analitik düşüncəyə malik, yeni yanaşmaları tətbiq etməyə açıq və müxtəlif strukturlarla effektiv kommunikasiyada olan komanda üzvü axtarırıq.
+ ' ' +- Bank sahəsində ən az 2 il iş təcrübəsi (nəzarət, risk, audit sahələri üstünlükdür);
- İqtisadi, maliyyə və ya idarəetmə sahəsində ali təhsil;
- Data ilə işləmə qabiliyyəti (yüksək səviyyədə SQL bilikləri mütləqdir);
- Dəqiqlik, detallara qarşı diqqətlilik;
- Kritik düşüncə qabiliyyəti;
- Güclü analitik və problem həll etmə qabiliyyətləri.
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
- Kredit portfeli üzrə anomliyaların müəyyən edilməsi üçün qaydaların müəyyən edilməsi və avtomatlaşdırılması;
- Əməliyyatların təhlil edilməsi və nəzarət mexanizmlərinin qurulması;
- Biznes proseslərdə mövcud boşluqların müəyyən edilməsi və aradan qaldırılmasına nəzarət edilməsi;
- Daha əvvəl aşkarlanmış risklərin yenidən təhlili və hazırda mövcudluğunun yoxlanılması;
- Rəhbərlik tərəfindən istənilən hesabatların hazırlanması.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!