TAA
Tax Audit and Consulting Services
Otelçilik proqramına dəstək mütəxəssisi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.mid
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəlikləri
- Otel idarəetmə proqramları və əlaqəli sistemlər üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
- İstifadəçilərdən daxil olan sorğuların qəbul edilməsi, diaqnostikası və həlli;
- Sistemlərdə yaranan nasazlıqların araşdırılması və aradan qaldırılması;
- Yeni istifadəçilərin yaradılması, səlahiyyətlərin verilməsi və idarə olunması;
- Otel əməliyyatları ilə bağlı proqram təminatının fasiləsiz işləməsinin təmin edilməsi;
- Təchizatçılar və digər texniki komandalarla koordinasiya;
- İstifadəçilər üçün təlimatların hazırlanması və ilkin təlimlərin keçirilməsi.
Tələblər
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Otelçilik sahəsində iş təcrübəsi və ya otel əməliyyatları haqqında anlayış;
- İT sahəsinə maraq və texniki biliklər;
- Windows əməliyyat sistemi, ofis proqramları və kompüter avadanlıqları üzrə biliklər;
- Problemlərin analiz edilməsi və operativ həll bacarığı;
- Müştəriyönümlü yanaşma və yüksək kommunikasiya bacarıqları;
- Rus dili və ya ingilis dili biliyi üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmək bacarığı;
- Stress altında işləmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq.
Üstünlüklər
- Otel proqramları (Opera, Fidelio və ya digər PMS sistemləri) ilə iş təcrübəsi;
- Help Desk və ya İT Support sahəsində təcrübə;