AYN
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Parklanmanın təşkili üzrə mütəxəssis
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
Vəzifə haqqında
Təsvir
Təsvir
- Ödənişli parklanma məntəqələrinin layihələndirilməsi məqsədilə yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi ilə bağlı təhlillər aparmaq;
- Ödənişli parklanma məntəqələrinin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və digər normativ hüquqi aktlara uyğun şəkildə təşkil olunması ilə bağlı təhlillər aparmaq və təkliflər vermək;
- Ödənişli parklanma məntəqələrinin təşkili zamanı yolların buraxıcılıq qabiliyyətini araşdırmaq, təhlil etmək və müvafiq təkliflər hazırlamaq;
- Fərdi parklanma talonunun verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və ünvan məlumatlarını dəqiqləşdirmək;
- Ödənişli parklanma məntəqələrinin ayrılmasını həyata keçirmək;
- Departamentə daxil olan fərdi parklanma talonu ilə bağlı vətəndaş müraciətlərini yerində araşdırmaq və cavablandırmaq;
- Parklanmanın təşkili ilə əlaqədar təhlil, xətlənmə və nişanlama işlərini həyata keçirmək və bu işlərin mövcud qaydalara uyğun aparılmasına nəzarət etmək;
- Parklanma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər zamanı ərazidə müzakirələr və araşdırmalar aparmaq, məlumat toplamaq və eskizlər hazırlamaq;
- Departamentin gördüyü işlərlə bağlı təqdimatların hazırlanması;
- Təşkil olunmalı parklanma yerlərinin sxem və layihələrinin hazırlanması;
- Parklanma yerləri ilə bağlı data analizlərin hazırlanması;
- Departamentə vətəndaşlar və ya dövlət qurumları tərəfindən daxil olan məktubları yerində araşdırmaq (ehtiyac olduqda vətəndaşlarla görüşlər keçirmək) və cavablar hazırlamaq.
Tələblər
Tələblər
- Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunununu;
- Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyasını və Konvensiyanı tamamlayan Avropa Sazişini, Sazişin “Yolların nişanlanması barədə” Protokolunu;
- "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununu;
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint) yüksək səviyyədə;
- “AutoCAD” proqramı biliyi;
- Təhlil aparmaq;
- Problemi effektiv həll etmək bacarığı;
- Danışıqlar aparmaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Prioritetləri düzgün müəyyən etmək;
- Yüksək şifahi və yazılı ünsiyyət;
- Dəqiqlik/ Detallara diqqət.