Pərakəndə və Satış kanalları departamentinin rəhbəri
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Pərakəndə və Satış Kanalları Departamentinin Rəhbəri
“PAŞA Sığorta” ASC namizədləri Pərakəndə və Satış Kanalları Departamentinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz müştərilərimiz üçün daha əlçatan, innovativ və fərdiləşdirilmiş sığorta həlləri yaratmaq, satış yanaşmalarını müasir texnologiyalar və data əsaslı qərarvermə ilə yenidən formalaşdırmaqdır.
Əgər sən də satış strategiyalarının qurulmasına rəhbərlik etmək, genişmiqyaslı satış komandalarını idarə etmək, yeni satış kanalları yaratmaq və şirkətin bazar payının artırılmasına töhfə vermək istəyirsənsə, Pərakəndə və Satış Kanalları Departamentinin Rəhbəri rolunda səni komandamızda görməkdən məmnun olarıq.
Bu rolda sən şirkətin strateji məqsədlərinə uyğun satış strategiyasını formalaşdıracaq, müştəri bazasının davamlı inkişafını təmin edəcək, satış kanallarının effektivliyini artıracaq və müştəri təcrübəsinin təkmilləşdirilməsinə rəhbərlik edəcəksən. Eyni zamanda, sən bazar imkanlarının müəyyənləşdirilməsi, yeni satış modellərinin tətbiqi və satış ekosisteminin transformasiyası vasitəsilə şirkətin dayanıqlı böyüməsinə və rəqabət üstünlüyünün gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəksən.
Əsas vəzifə və öhdəliklər
Strateji Liderlik və Biznesin İnkişafı
- Şirkətin strateji vizyonunu və biznes prioritetlərini satış strategiyasına inteqrasiya etmək;
- Satış fəaliyyətinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək;
- Bazar payının artırılması, gəlirliliyin yüksəldilməsi və yeni müştəri seqmentlərinin cəlb olunmasına yönəlmiş təşəbbüslərə rəhbərlik etmək;
- Sığorta bazarındakı trendləri, rəqiblərin fəaliyyətini və müştəri davranışlarını təhlil edərək inkişaf imkanlarını müəyyən etmək;
- Yeni satış kanallarının yaradılması, alternativ satış modellərinin tətbiqi və innovativ satış həllərinin təşviq edilməsini təmin etmək.
Satış Performansının İdarə Edilməsi
- Şirkətin satış strategiyasını hazırlamaq və icrasına nəzarət etmək;
- Satış planlarının, büdcə göstəricilərinin və əsas performans indikatorlarının (KPI) yerinə yetirilməsini təmin etmək;
- Satış nəticələrinin müntəzəm monitorinqini aparmaq, performans fərqlərini təhlil etmək və korrektiv tədbirlər həyata keçirmək;
- Satış məhsuldarlığının artırılması məqsədilə data əsaslı qərarvermə mexanizmlərini inkişaf etdirmək;
- Müştəri əldəetmə, saxlanılma və loyallıq göstəricilərinin artırılmasına yönəlmiş təşəbbüsləri idarə etmək.
Komanda və Strukturun İdarə Edilməsi
- Böyükölçülü satış strukturunun effektiv idarə olunmasını və koordinasiyasını təmin etmək;
- Departament daxilində liderlik mədəniyyətinin formalaşdırılması və istedadların inkişafına rəhbərlik etmək;
- Performansa əsaslanan idarəetmə sistemlərini tətbiq etmək və komanda effektivliyini artırmaq;
- Satış komandalarının motivasiyası, inkişafı və davamlı nəticəyönümlü fəaliyyətini təmin etmək.
Müştəri Təcrübəsi və Omni-Channel Satış
- Müştəri məmnuniyyətinin artırılması və müştəri təcrübəsinin davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslərə rəhbərlik etmək;
- Fiziki, rəqəmsal və məsafədən satış kanallarının vahid satış strategiyası çərçivəsində inkişafını təmin etmək;
- Müştəri ehtiyaclarının daha dərindən öyrənilməsi və fərdiləşdirilmiş həllərin təqdim olunması istiqamətində fəaliyyət göstərmək.
Tələb olunan bilik və bacarıqlar
- Strateji düşüncə və biznes yönümlü qərarvermə bacarığı;
- Böyük satış strukturlarının idarə olunması üzrə güclü təcrübə;
- Satış strategiyasının hazırlanması və icrası üzrə dərin biliklər;
- Kommersiya fəaliyyətinin və bazar inkişafının idarə olunması təcrübəsi;
- Güclü liderlik, komanda quruculuğu və dəyişikliklərin idarə edilməsi bacarıqları;
- Müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
- Analitik düşüncə və data əsaslı qərarvermə bacarığı;
- Effektiv ünsiyyət, təqdimat və maraqlı tərəflərlə əməkdaşlıq bacarıqları;
- Sığorta bazarı və sığorta qanunvericiliyi üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yüksək səviyyədə; Rus dili – arzuolunandır.
Təhsil və təcrübə
- Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya digər uyğun sahələr üzrə ali təhsil;
- Satış, kommersiya və ya biznes inkişafı istiqamətində minimum 8 il peşəkar təcrübə;
- Böyük komanda və çoxşaxəli satış strukturlarının idarə olunması üzrə minimum 5 il rəhbərlik təcrübəsi;
- Sığorta, bankçılıq, maliyyə xidmətləri və ya geniş satış şəbəkəsinə malik sektorlarda təcrübə üstünlük hesab olunur;
- Cert CII və ya digər beynəlxalq peşəkar sertifikatlar üstünlükdür.
Biz nə təklif edirik?
- Azərbaycanın aparıcı sığorta şirkətlərindən birində strateji liderlik imkanı;
- Şirkətin böyümə və transformasiya gündəminin formalaşdırılmasında birbaşa iştirak;
- Böyükmiqyaslı satış ekosisteminə rəhbərlik etmək imkanı;
- Güclü korporativ idarəetmə və yüksək performans mədəniyyəti;
- Davamlı peşəkar inkişaf və liderlik imkanları;
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance invites qualified candidates to join its professional team by applying for the position of Head of Retail and Sales Channels Department.
We are embarking on a digital transformation journey by establishing one of the first Insurtech foundations in Azerbaijan’s insurance sector. Our goal is to create more accessible, innovative, and personalized insurance solutions for our customers while redefining sales approaches through modern technologies and data-driven decision-making.
If you are passionate about leading sales strategy development, managing large-scale sales teams, creating new sales channels, and contributing to the growth of the company’s market share, we would be delighted to welcome you to our team as the Head of Retail and Sales Channels Department.
In this role, you will be responsible for shaping and executing the company’s sales strategy in alignment with its strategic objectives, ensuring sustainable customer base growth, enhancing sales channel effectiveness, and leading initiatives to improve customer experience. You will also play a key role in identifying market opportunities, implementing innovative sales models, and transforming the sales ecosystem to support sustainable growth and strengthen the company’s competitive advantage.
Key Responsibilities
Strategic Leadership and Business Development
- Integrate the company’s strategic vision and business priorities into the sales strategy;
- Define and implement long-term sales development directions;
- Lead initiatives aimed at increasing market share, improving profitability, and attracting new customer segments;
- Analyze insurance market trends, competitor activities, and customer behavior to identify growth opportunities;
- Drive the development of new sales channels, alternative sales models, and innovative sales solutions.
Sales Performance Management
- Develop and oversee the execution of the company’s sales strategy;
- Ensure the achievement of sales plans, budget targets, and key performance indicators (KPIs);
- Regularly monitor sales results, analyze performance gaps, and implement corrective actions;
- Develop data-driven decision-making mechanisms to improve sales productivity;
- Lead initiatives focused on customer acquisition, retention, and loyalty enhancement.
Team and Organizational Management
- Ensure the effective management and coordination of a large-scale sales structure;
- Foster a strong leadership culture within the department and drive talent development initiatives;
- Implement performance-based management systems and improve team effectiveness;
- Ensure the motivation, development, and sustainable performance of sales teams.
Customer Experience and Omnichannel Sales
- Lead initiatives aimed at improving customer satisfaction and continuously enhancing the customer experience;
- Ensure the development of physical, digital, and remote sales channels within a unified sales strategy;
- Drive efforts to better understand customer needs and deliver personalized solutions.
Required Knowledge and Skills
- Strategic thinking and strong business-oriented decision-making capabilities;
- Proven experience in managing large sales organizations;
- Deep knowledge of sales strategy development and execution;
- Experience in managing commercial operations and market development initiatives;
- Strong leadership, team-building, and change management skills;
- Customer-centric mindset and commitment to service excellence;
- Analytical thinking and data-driven decision-making capabilities;
- Excellent communication, presentation, and stakeholder management skills;
- Knowledge of the insurance market and insurance legislation;
- Language skills: Fluent Azerbaijani; advanced English; Russian language skills are considered an advantage.
Education and Experience
- Bachelor’s or higher degree in Business Administration, Economics, Finance, or a related field;
- Minimum 8 years of professional experience in sales, commercial management, or business development;
- Minimum 5 years of leadership experience managing large teams and multi-channel sales structures;
- Experience in insurance, banking, financial services, or other sectors with extensive sales networks is preferred;
- Cert CII or other internationally recognized professional certifications are considered an advantage.
What We Offer
- A strategic leadership opportunity within one of Azerbaijan’s leading insurance companies;
- Direct involvement in shaping the company’s growth and transformation agenda;
- The opportunity to lead a large-scale sales ecosystem;
- A strong corporate governance framework and high-performance culture;
- Continuous professional development and leadership growth opportunities;
- The opportunity to work in a “Great Place To Work” certified company.
Interested candidates can apply by clicking the link provided in the "Apply" button.
Only candidates who meet the initial screening criteria will be contacted.