A
AzəriMed MMC
Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
- Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
- İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
- Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
- Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
- Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.
Tələblər
- Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
- MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
- İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
- AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
- Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
- Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
- Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
- İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.