LE
Landau Education Group

Psixoloji xidmətlər üzrə məsləhətçi

Bakı 3 həftə əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Səhiyyə

Vəzifə haqqında

Təsvir

LANDAU School üçün Psixoloji xidmətlər üzrə məsləhətçi axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:


  • Şagirdlərə akademik, şəxsi, sosial və ya davranış məsələləri ilə bağlı fərdi və qrup məsləhət sessiyaları təklif etmək;
  • Müəllimlər, valideynlər və inzibati heyətlə əməkdaşlıq edərək akademik məsələləri həll etmək və şagirdlərin uğuru üçün strategiyalar hazırlamaqi;
  • Şagirdlərə maraq, bacarıq və karyera məqsədlərini müəyyənləşdirmələrinə kömək etmək üçün karyera araşdırması və yönləndirmə təklif etmək;
  • Yarana biləcək fövqəladə halları nəzarətdə saxlamaq;
  • Xüsusi yanaşma tələb edilən vəziyyətdə şagirdlərə dərhal dəstək və məsləhət vermək, həmçinin müvafiq resurslarla əlaqələndirmək;
  • Müvafiq problemləri həll etmək və müdaxilə planları hazırlamaq üçün komanda işləri təşkil etmək;
  • Müəllimlər və valideynlərlə tələbə ehtiyaclarını qarşılayan və müsbət davranışı təşviq edən strategiyalar üzrə məsləhətləşmək;
  • Valideynlər üçün psixoloji xidmətlər üzrə məsləhətçinin vəzifələri və sahə ilə bağlı müvafiq mövzularda təqdimatlar təşkil etmək;
  • Gələn tələblərin və müşahidələrin sənədləşdirilməsini təmin etmək.

Tələblər


  • Müvafiq sahə üzrə bakalavr təhsili;
  • Qeyd edilən sahə üzrə ən azı 1 il iş təcrübəsi; 
  • Yüksək Azərbaycan, Rus və İngilis dili biliyi;
  • Kompüter və Microsoft Office proqramlarında iş bacarıqları;
  • Yuxarı sinif şagirdləri ilə iş təcrübəsi;
  • Problem həll etmə bacarığı.



Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 08:00-17:00 (həftədə 5 dəfə);
  • Könüllü tibbi sığorta;
  • Peşəkar inkişaf imkanları;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Uşaqlara məktəb endirimləri.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar