DSA
Data Science Academy

Qrafik Dizayner – Data Science Academy

Bakı 1 ay əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Dizayn

Vəzifə haqqında

Data Science Academy komandamıza kreativ düşüncəli, vizual üslubu güclü və motion dizayn bacarığı olan Qrafik Dizayner axtarırıq! 🚀

Vəzifə öhdəlikləri:

* Sosial media üçün vizuallarının hazırlanması
* Tədris layihələri və reklam kampaniyaları üçün dizayn materiallarının hazırlanması
* Motion dizayn (qısa animasiyalar, intro/outro, izahlı videolar və s.) hazırlanması
* Banner, poster, promo material və çap işlərinin dizaynı
* Layihə komandasının dizayn tələblərinə uyğun vizualların hazırlanması
* Brend üslub kitabçasına uyğun dizaynların icra olunması

Tələblər:

* Qrafik dizayn sahəsində təcrübə
* Adobe Photoshop, Illustrator, Premiere Pro / After Effects biliyi (AE biliyi üstünlükdür)
* Motion dizayn üzrə bacarıqların olması (üstünlükdür)
* Kreativ yanaşma və müasir dizayn trendlərini izləmək
* Məsuliyyətli, detallara diqqətli və vaxtında təhvil vermə bacarığı
* Komanda ilə harmonik şəkildə işləmə bacarığı

İş şəraiti:

* İş saatları: 09:00 – 18:00
* Əməkhaqqı: Namizədin bacarıq və portfoliosuna uyğun olaraq razılaşma yolu ilə

📩 Müraciət üçün CV və portfolio linkinizi [email protected]
 elektron ünvanına mövzu hissəsində “Graphic Designer – Data Science Academy” yazaraq göndərə bilərsiniz.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar