DD
Diamed Development Group MMC
RA (Regulatory Affairs - Dərman Vasitələrinin Qeydiyyatı (Tənzimləyici İşlər) üzrə Mütəxəssis köməkçisi
1 həftə əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
İş şəraiti:
- İş yeri – Pirallahı qəsəbəsi (Servis təmin olunur)
- İş qrafiki: Növbəli iş rejimi
- 2 gün iş (12 saat), 1 gün istirahət qrafiki
- Ə/h razılaşma ilə
Vəzifə öhdəlikləri:
- Tənzimləyici işlər proseslərinin öyrənilməsi və gündəlik icrasında iştirak
- Kommersiya seriyaları üzrə AEM uyğunluq sertifikatı müraciətlərinin hazırlanması və izlənilməsi
- Dərman vasitələrinin qeydiyyat və yenidən qeydiyyat proseslərinə dəstək
- Qeydiyyat dosyelərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsində iştirak
- CTD formatında sənədlərin toplanması və uyğunluğunun ilkin yoxlanılmasına dəstək
- Səlahiyyətli dövlət qurumları ilə yazışmaların hazırlanmasına dəstək
- Etiket, içlik vərəqə, qablaşdırma materialları və digər qeydiyyat sənədlərinin yoxlanılmasında iştirak
- Daxili prosedur və təlimatların hazırlanması və yenilənməsinə dəstək
Tələblər:
- Təhsil: Ali Tibb (Əczaçılıq) təhsili;
- Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilməlidir.
- İngilis dili biliyi üstünlükdür
- RA sahəsində karyera qurmaq və inkişaf etmək istəyi
- Dərman vasitələrinin qeydiyyatı haqqında ilkin bilik üstünlükdür
- Məsuliyyətli, detallara diqqətli və öyrənməyə açıq olmaq
- Kişi namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya hərbi xidmətdən qanunvericiliyə uyğun olaraq azad olunmuş olmaq
Təklif edirik:
- Dərman vasitələrinin qeydiyyatı sahəsində praktiki təcrübə
- Beynəlxalq tənzimləyici tələblərlə işləmək imkanı
- Peşəkar inkişaf və karyera perspektivi
- Stabil və inkişaf yönümlü iş şəraiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.