İVR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Rəqəmsal marketinq şöbəsinin müdiri
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Təsvir
- Brend/kontent, rəqəmsal marketinq, video/ssenari, montaj və kopiraytinq sahələrində çalışan mütəxəssislərdən ibarət geniş rəqəmsal marketinq şöbəsinin fəaliyyətini idarə etmək, tapşırıqları bölüşdürmək və komanda ruhunu qorumaq;
- Agentliyin və onun tabeliyindəki rəqəmsal məhsulların daxili və xarici bazarda tanıdılması üçün qısa və uzunmüddətli rəqəmsal marketinq, performans və SEO strategiyalarını hazırlamaq;
- idda.az və mygov kimi böyükmiqyaslı dövlət platformalarının axtarış sistemlərində (SEO) optimallaşdırılması prosesinə nəzarət etmək, rəqəmsal reklam kampaniyalarını idarə etmək və büdcə analizi aparmaq;
- Sosial media, e-mail bülletenləri və rəqəmsal media kanalları üçün hazırlanan vizual, mətn və video kontentlərin keyfiyyətinə, agentliyin brend tonuna uyğunluğuna nəzarət etmək;
- Rəqəmsal marketinq kampaniyalarının nəticələrini (KPI, ROI, konversiya dərəcələri) mütəmadi analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək.
Tələblər
- Marketinq, Reklam Biznesin idarə edilməsi ya müvafiq sahədə ali təhsil;
- Rəqəmsal marketinq sahəsində minimum 7 il, komanda və ya şöbə idarəetməsində (Team Lead / Head of) isə minimum 3 il uğurlu iş təcrübəsi (Yaradıcı agentlik və ya böyük rəqəmsal layihələrin idarə edilməsi təcrübəsi üstünlükdür);
- SEO (Search Engine Optimization), Google Analytics, Google Search Console və digər analitik alətlərlə mükəmməl işləmək bacarığı;
- Performans marketinqi (Google Ads, Meta Ads və s.) və rəqəmsal media planlaması üzrə dərin biliklər;
- Rəqəmsal trendlər, süni intellekt (LLM alətləri) və marketinq avtomatlaşdırılması texnologiyalarından xəbərdar olmaq;
- Yüksək liderlik, komanda motivasiyası və tapşırıqların effektiv nümayəndəliyi (delegation) bacarığı;
- Çevik (Agile) layihə idarəetmə metodologiyalarına bələdlik;
- Analitik düşüncə, problem həll etmə və güclü ünsiyyət qabiliyyəti;
- Uğurla başa çatdırılmış iri miqyaslı rəqəmsal kampaniyaların sübut olunmuş tarixi;
- Tech, Bank, e-com və ya Telco sektorunda təcrübə — üstünlük;
- Dil Bilikləri: Azərbaycan və ingilis dillərində mükəmməl yazı və şifahi ünsiyyət bacarığı.