RAS
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Riteyl sahəsi üzrə təcrübə proqramı
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Təcrübə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində riteyl sahəsi üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!
Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!
Proqram haqqında:
- Müddət : 3 ay
- Sahə : Riteyl
Təcrübə nələri əhatə edir:
- Peşəkar təlimlər (nəzəri və praktiki)
- Baş ofis və filiallarda real təcrübə imkanı
- Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma
- Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq
- Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti
Tələblər
Proqram iştirakçılarına nə təklif olunur:
- Təyin olunmuş aylıq ödəniş
- Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
- Gələcək iş imkanları üçün real zəmin
Kimlər müraciət edə bilər:
- Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
- Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
- Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar
Gələcəyini Rabitəbank ilə qur – indi başla !