O
Orzax
Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis
1 həftə əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼800+
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
İş şəraiti
- Şirkət: Orzax / BioHerbalBaku MMC
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat I-V gün
Əsas vəzifələr
- Yeni məhsulların ruhsatlandırılması və qeydiyyatı proseslərinin idarə edilməsi
- AQTA, AEM və digər qurumlarla yazışmaların və müraciətlərin həyata keçirilməsi
- Dossier, etiket və digər texniki sənədlərin hazırlanması və nəzarəti
- Məhsul adlarının, əmtəə nişanlarının və digər patentləşdirmə proseslərinin koordinasiyası
- Patent və qeydiyyat proseslərinin izlənilməsi və hesabatlandırılması
- Xarici istehsalçılarla sənəd mübadiləsinin təşkili
Tələblər
- Yaş: 25–40 yaş
- Ali təhsil (Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qida mühəndisliyi və ya əlaqəli sahələr)
- Ruhsatlandırma, registrasiya və ya patentləşdirmə sahəsində minimum 2 il iş təcrübəsi
- AQTA, AEM və digər aidiyyəti dövlət qurumları ilə iş təcrübəsi
- Texniki sənədlərin hazırlanması və idarə olunması bacarığı
- Azərbaycan dili sərbəst, ingilis dili üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı
Əmək haqqı 800–1200 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun)
Uyğun namizədlərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis başlığı adı altında CV göndərmələri xahiş olunur
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 9 iyun 2026 · boss.az
- 1 iyun 2026 (bu elan) · jobsearch.az