PRE
PASHA Real Estate Group
Sales & Front of House Assistant
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Təsvir
PASHA Real Estate rezidensiyaların satış ofisində komandamıza qoşulmaq üçün dinamik və ünsiyyətcil Satış və Ön Ofis üzrə Köməkçi axtarır. Müştərilərlə ilk təmas nöqtəsi olaraq, siz qonaqpərvər mühitin yaradılmasında və müştərilərin ilk təəssüratının formalaşmasında mühüm rol oynayacaqsınız. Siz Satış komandasının işinə dəstək verəcək və bütün ziyarətçilər üçün peşəkar və yüksək səviyyəli xidmətin təmin olunmasına töhfə verəcəksiniz.
Satış və Ön Ofis üzrə Köməkçi tapşırıqları yüksək keyfiyyətlə yerinə yetirməli və hər zaman peşəkar görünüş və davranış nümayiş etdirməlidir.
Əsas vəzifə öhdəlikləri:
- Müştəriləri peşəkar şəkildə qarşılamaq və rezidensiyanın imkanları, xidmətləri, fəaliyyətləri və tədbirləri barədə ilkin yüksək səviyyəli məlumat təqdim etmək;
- Müştəriləri CRM sistemində yoxlamaq və onları uyğun satış menecerlərinə yönləndirmək;
- Ofisə gələn və zəng edən müştərilərlə iş proseslərini effektiv şəkildə idarə edərək müştəri münasibətlərini qurmaq;
- Zərurət olduqda Satış Menecerlərinə dəstək vermək;
- Gündəlik ofis fəaliyyətləri üzrə hesabatlar hazırlamaq;
- Təqvimlərin və iclas otaqlarının rezervasiyasının idarə olunması, ofis ləvazimatlarının təmin edilməsi, təchizatçılarla əlaqə, ön ofis sahəsinin səliqəli və təşkil olunmuş saxlanılması kimi ümumi inzibati işləri yerinə yetirmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər
Tələb olunan təhsil və təcrübə:
- Ali təhsil (turizm və/və ya qonaqpərvərlik sahəsində ixtisaslaşmaya üstünlük verilir);
- Ön ofis və ya müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi.
Tələb olunan bacarıqlar:
- Yüksək ünsiyyət bacarıqları, peşəkar görünüş və mehriban
- Yüksək səviyyədə müştəri xidməti sahəsinə həvəs, nəzakətli davranış;
- Eyni anda bir neçə işi idarə etmək və müştərilərlə işləyərkən pozitiv yanaşmanı qorumaq bacarığı;
- Yeni alət və metodları tez öyrənmək və uyğunlaşmaq qabiliyyəti;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Ofis avadanlıqları ilə praktiki iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları.