CM
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Satış Meneceri Axtarırıq!
Reklam və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətimiz böyüyən komandası üçün enerjili, ünsiyyətcil və inkişaf yönümlü Satış Meneceri axtarır.
Əgər insanlarla işləməyi sevir, danışıqlar aparmaqdan zövq alır və karyeranızı perspektivli bir sahədə qurmaq istəyirsinizsə, bu fürsət sizin üçündür!
Namizədə tələblər
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
- İngilis dili biliyi (orta və ya daha yüksək səviyyə);
- İqtisadiyyat, marketinq, menecment və ya texniki sahə üzrə təhsil arzuolunandır;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
- Photoshop proqramı ilə işləmək bacarığı üstünlük hesab olunur;
- Analitik düşüncə və məlumat bazaları, rəqəmlər, hesabatlarla işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
- Məsuliyyətli, məqsədyönlü və öyrənməyə açıq olmaq;
- 28 yaşadək bəy namizədlər (təcrübəli və ya təcrübəsiz).
Təcrübəsi olmayan namizədlər üçün şirkətdaxili təlim və inkişaf proqramları nəzərdə tutulur.
Vəzifə öhdəlikləri
- Müştərilərin axtarışı və yeni əməkdaşlıqların qurulması;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Təqdimat materiallarının hazırlanması;
- Müştərilərlə gündəlik ünsiyyətin aparılması;
- Reklam kampaniyalarının icrasına nəzarət;
- Hesabatların hazırlanması və təhlili;
- Müqavilə və digər sənədlərin hazırlanmasında iştirak.
Biz nə təklif edirik?
- 5 günlük iş qrafiki (10:00 – 18:00);
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Şəhərin mərkəzində yerləşən müasir ofis;
- Gənc, yaradıcı və peşəkar komanda;
- Beynəlxalq standartlara uyğun təlim və inkişaf imkanları;
- Real karyera yüksəlişi perspektivi;
- Rəqabətli əməkhaqqı və bonus imkanları.
Əməkhaqqı namizədin təcrübə, bilik və bacarıqlarına uyğun olaraq müsahibə mərhələsində müəyyən edilir.
Özünüzü bu vəzifədə görürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və uğurlu karyeranıza bizimlə başlayın!