M
My Group Holding MMC

Satış məsləhətçisi (elektronika)

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
₼600+
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Dizayn

Vəzifə haqqında

Vəzifə: Satış məsləhətçisi (elektronika)

  1. Vəzifələr və məsuliyyətlər
  • Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.
  • Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək
  • Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.
  • Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.
  • Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.
  • Müştəri şikayət və sorğularını cavablandırmaq.
  • Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.
  • Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.

2. Tələb edilən bacarıqlar və təhsil

  • Orta ixtisas təhsilli.
  • Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.
  • Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
  • Azərbaycan və rus dilləri sərbəst,  ingilis dilini bilmək üstünlükdür.
  • 1C proqramında işləmə bacarığı.
  • Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
  • Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.
  • Problemləri həll etmə və qərarvermə bacarığı.
  • Komanda ilə işləmə və təşəbbüskarlıq.

3. İş saatları və əmək şərtləri

Əmək haqqı:    600 AZN (+ bonus)

İş qrafiki:        Növbəli iş qrafiki.

Baş ofis:           H.Əliyev pr.152, Çinar Plaza

Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədəSatış məsləhətçisi” qeyd edərək göndərə bilərlər.

 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar