KC
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Hal hazırda komandamıza iddialı Satış təmsilçisi axtarırıq!
İş şəraiti
- Ünvan: Distant iş (Azərbaycan daxilindən)
- Məşğulluq növü: Tam iş günü
- Əməkhaqqı: Sabit maaş + Satışdan bonus
Əsas öhdəliklər
- Azərbaycan bazarındakı iri, orta və böyüməkdə olan müəssisələrlə əlaqə qurmaq və fəaliyyətimiz məlumat təqdim etmək
- LinkedIn və mail vasitəsilə aktiv "soyuq zənglər" və müraciətlər edərək satış kanallarını (pipeline) formalaşdırmaq.
- Uğurlu geridönüşlər alaraq rəhbər şəxslərə (CEO, İR Rəhbərləri və s.) KHHR-ın xidmətlərini və təlim həllərini təqdim etmək üçün onlayn / facetoface görüşlər təşkil etmək.
- Müştərilərin təşkilati və kadr ehtiyaclarını anlayaraq onlara uyğun İR konsaltinq, rekrutinq və təlim təklifləri hazırlamaq.
- Müqavilələrin bağlanılması mərhələsində qərarverici şəxslərlə kommersiya şərtlərini müzakirə etmək və müqavilələrin imzalanmasını təmin etmək.
Namizədə dair tələblər
- Korporativ satış (B2B) sahəsində minimum 1 il uğurlu iş təcrübəsi (peşəkar xidmətlər, konsaltinq, korporativ təlimlər və ya proqram təminatı sahələrinə üstünlük verilir).
- Azərbaycan dilində mükəmməl təqdimat və danışıq qabiliyyəti (ingilis dili arzuolunandır).
- Müstəqil və onlayn mühitdə yüksək motivasiya ilə işləməyi bacaran, hədəf yönümlü və ünsiyyətcil.
- Əsas korporativ strukturlar və İR terminologiyası barədə ilkin anlayış.
Biz nə təklif edirik?
- Sabit aylıq maaş və bağlanmış müqavilələrdən cəlbedici bonus sistemi.
- Distant iş rejimi və sərbəst iş mühiti.
- Top-menecerlər, CEO-lar və sənaye liderləri ilə birbaşa əlaqələr quraraq güclü kariyera yolu qurmaq imkanı.
- KHHR Consultancy-nin bir parçası olaraq bizneslərə dəyər qatmaq.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Satış təmsilçisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.