VS
"VIP Services Group" LLC
SƏNƏD DÖVRİYYƏSİ ÜZRƏ MÜTƏXƏSSİS
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.mid
- Kateqoriya
- İnsan resursları
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəlikləri:
- Daxili, daxil olan və xaric olan sənədlərin 1C “Sənədlərin dövriyyəsi” proqramında qeydiyyatının və icra proseslərinin təşkili;
- Baş direktorun dərkənarlarına uyğun icra proseslərinin yaradılması və icra müddətlərinə nəzarət;
- Cari sənədlərin saxlanılması, arxivləşdirilməsi və elektronlaşdırılması proseslərinin təşkili;
- Saxlama müddəti bitmiş sənədlərin aktlaşdırılması və məhv prosesinin təşkili;
- Müqavilələrin qeydiyyatı, skan olunması və aidiyyəti üzrə təqdim edilməsinin təmin edilməsi;
- Əmrlərin, sərəncamların və digər sənədlərin uçotunun aparılması;
- Məxfi və konfidensial sənədlərlə iş qaydalarına riayət olunmasının təmin edilməsi;
- Birdəfəlik, müvəqqəti və daimi buraxılış vəsiqələrinin hazırlanması və müddətlərinə nəzarət;
- İş yerindən arayışların hazırlanması və əməkdaş sorğularının operativ icrası;
- Sənədlərin kuryer vasitəsilə göndərilməsi və çatdırılmasına nəzarət;
- Yeni əməkdaşlara 1C “Sənədlərin dövriyyəsi” proqramı üzrə təlimlərin keçirilməsi;
- Gündəlik talonlarının hazırlanmasının təşkili;
- Sənəd dövriyyəsi üzrə aylıq hesabatların hazırlanması;
- Sənəd dövriyyəsi proseslərinin optimallaşdırılması və şöbələrlə koordinasiyanın təmin edilməsi.
Tələblər
Tələblər:
- Ali təhsil (İdarəetmə, Hüquq, İqtisadiyyat və ya müvafiq sahə üzrə)
- Sənəd dövriyyəsi və kargüzarlıq sahəsində minimum 1 il iş təcrübəsi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel)
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı
- Rus dili və ingilis dili – minimum B1-B2 (upper-intermediate) səviyyə (mütləqdir)
- 1C: Document Management sistemi ilə işləmə bacarığı
- Yüksək dəqiqlik və detallara maksimum diqqət
- Məsuliyyətli yanaşma və verilən tapşırıqların vaxtında icrası
- Sənədlərlə işləmədə səhvsiz və sistemli iş bacarığı
- Gərgin iş rejimində fokuslanma və prioritetləri düzgün idarə etmə
- Sənədlərin idarə olunması və arxivləşdirmə bacarığı
- Komandada işləmə və vaxtın düzgün idarə edilməsi bacarığı
Əmək şəraiti:
· Əmək haqqı: 1000 AZN (gross);
· İş rejimi: 5 günlük (09:00-18:00);
· İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
· Nəqliyyat və naharla təmin etmə.
· Nəqliyyat və naharla təmin etmə.