PRE
PASHA Real Estate Group
Senior HR Operations Specialist
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
- İR əməliyyatlarının bütün mərhələlərini idarə etmək, proseslərin səmərəliliyini, uyğunluğunu və dəqiqliyini təmin etmək.
- İşçi məlumatlarının SAP, SuccessFactors (SF) sistemi, daxili işçi qeydləri, sənədlər, əmək kitabçaları və ƏMAS portalında düzgün və ardıcıl əks olunmasını təmin etmək.
- İşçilərin bütün növ məzuniyyətlərinin dəqiq uçotunu aparmaq və müvafiq qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək.
- Əməkhaqqı hesablanması və ödənişlərin düzgünlüyü, vaxtında həyata keçirilməsi və qanunvericiliyə uyğunluğunun təmin edilməsində dəstək göstərmək.
- Tibbi sığorta prosesinin tam idarə olunmasını həyata keçirmək, işçilərin düzgün sığorta təminatını və proseslərin uyğunluğunu təmin etmək.
- Daxili və xarici tərəfdaşların sorğularına əsasən işçilərlə bağlı hesabatlar hazırlamaq və təqdim etmək.
- Daxili və xarici audit proseslərinin koordinasiya edilməsi, məlumatların təhlilinin aparılması, uyğunluq yoxlamalarının həyata keçirilməsi, eləcə də audit nəticələri üzrə müəyyən edilmiş uyğunsuzluqların vaxtında aradan qaldırılmasını təmin etmək.
- İşçilərin İR əməliyyatları ilə bağlı müraciətlərini cavablandırmaq və operativ dəstək göstərmək.
Tələblər
- İnsan resursları, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- İR əməliyyatları və əməkhaqqı hesablanması sahəsində minimum 3 il iş təcrübəsi.
- Əmək qanunvericiliyi üzrə güclü biliklər və praktik iş təcrübəsi.
- Əməkhaqqı hesablamalarında və İR sənədləşməsində yüksək diqqətlilik və dəqiqlik.
- Güclü ünsiyyət, vaxtın idarə olunması, prioritetləşdirmə və müstəqil işləmə bacarıqları.
- Rəhbər şəxslər, həmkarlar və xarici tərəfdaşlarla peşəkar səviyyədə ünsiyyət qurmaq bacarığı, yüksək yazılı və şifahi kommunikasiya qabiliyyəti.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- SAP və SuccessFactors (SF) sistemləri üzrə biliklərə üstünlük verilir.