PRE
PASHA Real Estate Group
Senior Mechanical Engineer
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
Təsvir
- Tikinti sahəsində mexaniki işlərə təsdiqlənmiş çertyojlar, texniki spesifikasiyalar və layihə qrafikinə uyğun olaraq rəhbərlik etmək və nəzarət etmək.
- HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin icrasını keyfiyyət, təhlükəsizlik və normativ tələblərə uyğun şəkildə idarə etmək.
- Mexaniki işləri mülki tikinti, memarlıq, elektrik və digər MEP sahələri ilə koordinasiya etmək.
- Təsdiqlənmiş shop drawing-ləri, method statement-ləri və material submittal-larını nəzərdən keçirmək, rəy vermək və onların icrasını izləmək.
- Shop drawing koordinasiyası, texniki izahatların hazırlanması və məsləhətçi şirkətlərlə dizayn koordinasiyası daxil olmaqla texniki ofis fəaliyyətlərində aktiv iştirak etmək.
- Layihədəki uyğunsuzluqları, clash problemlərini və tətbiq çətinliklərini müəyyən etmək və layihə komandası ilə birlikdə texniki həllər təklif etmək.
- RFI-lərin, texniki sorğuların və sahə üzrə layihə izahatlarının hazırlanması və cavablandırılmasını təmin etmək.
- Zərurət olduqda mexaniki hesablamaların, layout və koordinasiya çertyojlarının hazırlanmasına və yoxlanılmasına dəstək vermək.
- Görülən işlərin keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqları müəyyən etmək və korrektiv tədbirlərin həyata keçirilməsini təmin etmək.
- İşin gedişatı hesabatlarının, texniki hesabatların və variation sənədlərinin hazırlanmasına dəstək göstərmək.
- Yoxlama, test, commissioning və rəsmi qurum təsdiqləri proseslərində iştirak etmək.
- İşlərin vaxtında icrası üçün subpodratçılar, briqadirlər və sahə mühəndisləri ilə koordinasiya aparmaq.
- Snagging, qüsurların aradan qaldırılması və yekun təhvil proseslərinə dəstək göstərmək.
- HSE tələblərinə və layihə prosedurlarına tam uyğunluğu təmin etmək.
Tələblər
Təhsil:
Mexanika Mühəndisliyi üzrə bakalavr dərəcəsi.
İxtisaslaşma sahələri:
HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin sahədə icrası; shop drawing-lərin yoxlanılması və texniki ofis koordinasiyası; mexaniki dizayn koordinasiyası və çertyojların interpretasiyası; dizayn və sahə koordinasiya problemlərinin müəyyən edilməsi və həlli; tikinti metodları, materiallar və istismara vermə (commissioning) prosesləri üzrə bilik.
İş təcrübəsi:
Mexanika mühəndisliyi sahəsində minimum 7–10 il iş təcrübəsi; güclü sahə təcrübəsi və texniki ofis, eləcə də dizayn koordinasiyası fəaliyyətlərində sübut olunmuş iştirak.
Dil və kompüter bilikləri (Microsoft Office):
- AutoCAD və MS Office proqramlarında peşəkar səviyyədə bilik
- Azərbaycan dilində sərbəst, ingilis dilində yuxarı orta və ya yüksək səviyyə tələb olunur
XÜSUSİ TƏLƏBLƏR
- Mexaniki sistemlər, materiallar və tikinti metodları üzrə güclü bilik
- Yüksək səviyyədə koordinasiya və ünsiyyət bacarıqları
- Mexaniki çertyojları və texniki sənədləri oxumaq və şərh etmək bacarığı
- Detallara yüksək diqqət və keyfiyyətə sadiqlik
- Punktuallıq, məsuliyyət və layihə müddətlərinə ciddi riayət
- Təhlükəsizlik prosedurlarına uyğunluq və dinamik tikinti mühitində işləməyə hazır olmaq