BHT
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
Təsvir
Əgər SEO sahəsində təcrübəniz, axtarış sistemlərinin iş prinsipləri üzrə bilikləriniz və vebsaytların orqanik görünürlüğünü artırmaq bacarığınız varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Şirkətin SEO strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş fəaliyyət planının icrasını təmin etmək
- Vebsayt və landing page-lərin SEO auditini aparmaq, inkişaf və optimizasiya imkanlarını müəyyənləşdirmək
- On-page, off-page və technical SEO fəaliyyətlərini həyata keçirmək, saytın axtarış sistemləri üçün optimallaşdırılmasını təmin etmək
- Açar söz araşdırmaları aparmaq, semantik analizlər həyata keçirmək və nəticələri məzmun strategiyasına inteqrasiya etmək
- Meta məlumatların, URL strukturunun, daxili linkləmənin və digər SEO elementlərinin optimallaşdırılmasını təmin etmək
- Backlink strategiyasını formalaşdırmaq, link profilini mütəmadi analiz etmək və inkişaf etdirmək
- Saytın indekslənməsi, performansı, istifadəçi təcrübəsi və yüklənmə sürətinə təsir edən texniki problemləri müəyyən etmək və həll prosesini koordinasiya etmək
- SEO tələblərinin tətbiqi məqsədilə developer, dizayn və kontent komandaları ilə sıx əməkdaşlıq etmək
- Rəqib analizləri aparmaq, bazardakı SEO imkanlarını müəyyənləşdirmək və rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyinin artırılmasına dəstək olmaq
- Google Analytics, Google Search Console, Semrush və digər analitik alətlər vasitəsilə SEO göstəricilərini izləmək, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq
- SEO sahəsindəki yenilikləri, alqoritm dəyişikliklərini və bazar trendlərini izləyərək fəaliyyətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək
Tələblər
- SEO, veb sayt idarəetməsi və ya rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi
- On-Page, Off-Page və Technical SEO üzrə bilik və praktiki təcrübə
- Google Search Console, GA4, Google Tag Manager və digər SEO alətləri ilə işləmə bacarığı
- Ahrefs, Semrush və ya oxşar platformalarla işləmə təcrübəsi
- Açar söz araşdırması, SEO strategiyasının hazırlanması və icrası üzrə təcrübə
- Veb saytın texniki auditinin aparılması, indekslənmə və performans problemlərinin həlli bacarığı
- Core Web Vitals, Page Speed və mobil optimizasiya prinsipləri üzrə biliklər
- Kontent optimizasiyası, daxili linkləmə və backlink strategiyaları üzrə təcrübə
- WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı
- Analitik düşüncə, hesabatvermə bacarığı və nəticəyönümlü yanaşma
- Turizm və ya e-commerce sahəsində iş təcrübəsi üstünlükdür
- Multilingual / International SEO təcrübəsi üstünlükdür
- HTML, CSS və JavaScript üzrə baza biliklər üstünlükdür
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 11 iyun 2026 (bu elan) · glorri.az
- 2 iyun 2026 · jobsearch.az