AD
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.supervisor
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Təsvir
- Müəssisə ərazisində əməyin mühafizəsi, texniki təhlükəsizlik, sağlamlıq və ətraf mühit üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Təhlükəsizlik yoxlamalarının keçirilməsi, yoxlama planlarının və prosedurlarının hazırlanması və tətbiqi;
- Şirkətin fəaliyyət sahələri üzrə sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik prosedurlarının hazırlanması və yenilənməsi;
- Fövqəladə hallar, iş yerinin təhlükəsizliyi və digər SƏTƏM mövzuları üzrə təlimlərin təşkili və keçirilməsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Yoxlama nəticələrinin sənədləşdirilməsi, müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- SƏTƏM üzrə aylıq və dövri hesabatların hazırlanması;
- Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək və preventiv tədbirlərin hazırlanmasına dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
- SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
- SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
- IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur;
- MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.