Uğur İndustry MMC

SƏTƏMM üzrə mühəndis

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼1,000+
Müraciət et
Kateqoriya
Mühəndislik

Vəzifə haqqında

“Uğur İndustry MMC”  SƏTƏMM üzrə mühəndis vakansiyası elan edir!

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali texniki təhsili olmalı;
  • Müvafiq sahə üzrə 1-3 il əmək stajı olmalı;
  • Sahə üzrə tələb olunan sertifikatlar olmalı:
  • MS Office proqramları (Excel/Word, Outlook-la) ilə praktik işləmə bacarığı olmalı;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirmək;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı fəaliyyətləri həyata keçirmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasını həyata keçirmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasını təşkil etmək;
  • Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsini təşkil etmək;
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasını həyata keçirmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi tədbirləri həyata keçirmək;
  • Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq və rəhbərliyə təqdim etmək;
  • Vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilmək;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
  • Korporativ nömrə ilə təmin edilir.
  • Əmək haqqı: Xalis: 1000-1200 AZN

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “SƏTƏMM üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiyalar