UKB
Unibank Kommersiya Bankı

Səyyar satış və çatdırılma nümayəndəsi

Bakı 6 gün əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Satış

Vəzifə haqqında

Təsvir

UBank mobil tətbiqi vasitəsilə sifariş edilmiş kartların müştərilərə vaxtında və düzgün şəkildə çatdırılmasını təmin etmək;

Zərurət yarandıqda müştərilərlə əlaqə saxlayaraq tələb olunan məlumatları dəqiqləşdirmək və yoxlamaq;

Lazım olduqda müştərilərin Bank sistemindəki məlumatlarının yenilənməsini həyata keçirmək;

Bankın digər biznes istiqamətlərinin müraciəti əsasında UBank mobil tətbiqindən kənar sifariş olunmuş kartların Bankın kassasından təhvil alınaraq müştərilərə çatdırılmasını təmin etmək;

Vəzifə öhdəliklərini Bankın daxili qaydalarına, prosedurlarına və mövcud Əsasnaməyə uyğun şəkildə, səlahiyyət çərçivəsindən kənara çıxmadan icra etmək.

Tələblər

Müxtəlif sahələr üzrə bakalavr ali təhsili;

Kompüterdən sərbəst istifadə bacarığı;

Məsuliyyətlilik və dəqiqlik;

Müştəri yönümlü yanaşma;

Komanda daxilində effektiv ünsiyyət qurmaq bacarığı;

Yeniliklərə açıq olmaq və davamlı özünüinkişafa meyillilik;

Verilmiş materiallar əsasında təhlil aparmaq və tapşırıqları dəqiq şəkildə yerinə yetirmək bacarığı;

Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur

Oxşar vakansiyalar