İVR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Sosial media üzrə təcrübəçi

Bakı 3 gün əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Müştəri xidməti

Vəzifə haqqında

Təsvir

  • Qurumun rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq; 
  • mygov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək; 
  • Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi; 
  • Qurumun məhsul və xidmətləri barədə bilikləri daim yeniləyərək müştərilərə düzgün və dəqiq məlumatlar təqdim etmək; 
  • Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək; 
  • Müştəri qarşısında yüksək xidmət keyfiyyətini qorumaq, onlara dəstək vermək və hər bir müraciətə peşəkar yanaşmaq; 
  • Sosial media və digər kanallarda qarşılaşılan çətinlikləri və böhranları effektiv şəkildə idarə edərək brendin nüfuzunu qorumaq; 
  • Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək; 
  • Platformanın təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.

Tələblər

- Ali təhsil: 

- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, sosial şəbəkələrdə və müştəri xidmətləri sahəsində peşəkar üslub. 

- Sosial media platformalarından (Facebook, Instagram və s.) istifadə bacarığı, e-poçt proqramları ilə təcrübə; 

- Microsoft Office proqramlarında biliklər (Word, Excel, PowerPoint); 

- Azərbaycan, İngilis və Rus dilində səlis yazılı ünsiyyət bacarıqları; 

- Müştəri yönümlülük; 

- Detallara diqqət.

Oxşar vakansiyalar