İVR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Təlimlərin təşkili üzrə mütəxəssis (İnformasiya təhlükəsizliyi üzrə)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Kibergigiyena təlimləri çərçivəsində dövlət və özəl qurumlarla tərəfdaşlıqların qurulması;
- Dövlət qurumlarında kibergigiyena təlimlərinin təşkili və hesabatlılığı;
- Özəl sektor qurumlarında kibergigiyena təlimlərinin təşkili və hesabatlılığı;
- Spesifik kontentli kibermaarifləndirmə təlimlərinin təşkili;
- Kibergigiyena layihəsinin təhvil-təslim sənədlərinin hazırlanması, eləcə də hüquq və maliyyə hesabatlılığının hazırlanması;
- ESD ilə kibergigiyena sahəsində əməkdaşlığın təşkili və birgə təlim proqramlarının koordinasiyası;
- Kibergigiyena təlimləri üçün kontentin hazırlanmasında dəstək və mentor heyəti ilə metodiki əməkdaşlıq.
Tələblər
- Ali təhsil (Təlim və inkişaf sahəsində üstünlük verilir);
- Təlim və inkişaf sahəsində ən azı 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Yüksək təşkilatçılıq və planlaşdırma bacarıqları;
- Yaradıcı yanaşma və məzmun hazırlama bacarığı;
- Təlim kontentinin hazırlanması və təlim materiallarını vizual şəkildə təqdim etmək bacarığı;
- Komanda işi və əməkdaşlıq bacarıqları;
- Səlis nitq və auditoriya qarşısında özünəinamla danışıq bacarığı;
- Microsoft Office proqramlarında yüksək səviyyədə biliklər (Word, Excel, PowerPoint);
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları, İngilis və Rus dillərində əla ünsiyyət bacarığı.