AŞQ
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.prof
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Təsvir
AQA Şirkətlər Qrupu "Texniki menecer" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətdə olan təmir, tikinti, quraşdırma, yenidən təşkil və digər bərpa işlərinin həyata keçirilməsini təmin edir və icrasına nəzarət edir;
- İşlərin yerinə-yetirilməsi zamanı iş bölgüsünün təşkil edir, resurslardan səmərəli istifadə və layihə üzrə işlərin icrasının müddətinə nəzarət edir;
- Yerinə-yetirdiyi işlərlə bağlı lazımi normativ və texniki sənədlərə riayət etməklə bu tip sənədlərin tərtib edilməsi və doldurulması;
- Avadanlıqların texniki cəhətdən düzgün istismarını və fasiləsiz işini, həmçinin onların təhlükəsiz istismarını və istifadə müddətinin artırılmasını təmin edir və nəzarətdə saxlayır;
- Müəssisənin enerji, su, qaz, rabitə təchizatınının davamlılığını təmin edir;
- Təmiri bitmiş obyektlərin, ayrı-ayrı mərhələlərin və kompleks işlərin təhvil verilməsini təmin edir;
- Subpodrat şirkətlər üçün iş sahələrini təşkil edir və yerinə-yetirilmiş işləri onlardan qəbul edir;
- Mühafizəli sahələrdə işlərin yerinə-yetirilməsinə icazə verən sənədləri tərtib edir;
- Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarətin olunması;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
- “Tam müştəri məmnuniyyəti” konsepsiyasının prinsiplərinə mane olan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür və rəhbərliyə təkliflər verir;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsilli (müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
- Analoji sahədə minimum 3 il iş təcrübəsinə malik;
- Müəssisənin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və hesablama qaydasını bilmək;
- Elektrik, santexnika və havalandırma sistemləri sahəsina aid biliklərə sahib olmaq;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib.