AF
ATS Food

Texnoloq

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Səhiyyə

Vəzifə haqqında

İş yeri: Sumqayıt və Şəmkir zavodları

Vəzifə öhdəliyi: 

  • İstehsal olunan məhsulların texnoloji ardıcıllığının təyin edilməsi;
  • Soyuq zəncir sisteminə uyğun istehsal prosesini qurmaq və bu prosesə uyğun formada məhsulların istehsal edilməsini təmin etmək;
  • Xəmir, donmuş, yarıbişmiş donmuş və tam bişmiş donmuş məhsulların istehsalı prosesini hazırlamaq, həmin proseslərin istehsal sahəsinə tətbiq  edilməsini təmin etmək;
  • İstehsal ediləcək hər bir məhsulun Soyuq zəncir sisteminə uyğun proses axışlarının yazılmasını təmin etmək;
  • İstehsal ediləcək hər bir məhsulun son istehlakçıdakı istifadə texnologiyasının hazırlanmasını təmin etmək; 
  • İstehsalın xətt imkanlarını nəzərə alaraq, yeni çeşid məhsullar üzərində test nümunələri aparmaq;
  • Məhsulların resepturasının yazılması və ediləcək dəyşiklikləri resepturalarda qeyd etmək;
  • İstehsalına başlanılacaq məhsulun yarımfabrikat və hazır məhsul laborator analiz nəticələrini daxili normaya uyğun təyin edilərək sənədləşdirmək;
  • Texnoloji reqlamentlərin daxili normaya, istinad sənədlərə (AZS  TŞ, QOST) əsasən tərtib edilməsi;
  • Yeni çeşid məhsulların və ya dəyişiklik olunan məhsulların texnoloji prosesini hazırlamaq, istehsalda tətbiq etmək; 
  • Yeni çeşidlərin istehsalı ilə xammal və maya (Çovdar və ABA acıtması) hazırlayanları, un ötürmə operatorlarını, xəmir yoğuranları, soba operatorlarını məhsulun istehsal texnologiyası ilə bağlı təlimatlandırmaq;
  • İstifadə olunan xammalların keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamaq;
  • Qeyd olunan məmulatların istehsalında istifadə olunan un növlərini, un siloları üzrə istifadəsini və resepturaya uyğun miqdarda çəkilməsini nəzarətdə saxlamaq;
  • Havanın və istehsalatın temperaturunu (yay və qış) nəzərə alaraq, xəmirlərin çeşidlər üzrə yoğurulmasında istifadə olunan suyun temperaturunu təyin etmək;
  • Unun analiz nəticələrinə və fəsilə uyğun olaraq xəmirlərin çeşidlər üzrə yoğurulma intensivliyini təyin etmək; 
  • Yarımfabrikat və hazır məhsulların laborator analiz nəticələrini (nəmlik, turşuluq, məsaməlik və rəf ömrü), təyin olunmuş daxili normaları nəzarətdə saxlamaq;
  • Yarımfabrikatda yaranmış hər hansı bir problemlə bağlı araşdırma aparmaq, məlumatlandırmaq və istifadəyə yararlıdırsa, çeşidlər üzrə istifadəsini təyin etmək;
  • İstehsal olunan məhsullarla bağlı müştəri narazılığı olarsa, səbəbləri araşdırmaq, təkrar baş verməməsi üçün lazımi tapşırıqlar vermək və müvafiq tərəfləri məlumatlandırmaq;
  • Bəzi çeşidlərin istehsal texnologiyasında istehsal prosesinin daha əlverişli və sürətli təşkili, eyni zamanda məhsulların keyfiyyətini qorumaq şərti ilə maya dəyərinin minimum səviyyədə saxlanılması məqsədilə davamlı sınaqlar aparmaq;
  • Yeni çeşid test nümunələrinin təyin olunmuş şöbələr üzrə dequstasiyasını keçirmək;
  • Yeni layihə ilə əlaqədar yeni məhsulların istehsal texnologiyasının hazırlanması, istehsal xətlərinin uyğunluğunun qiymətləndirilməsi, test nümunələrinin aparılması və layihənin istehsalata tətbiqi prosesində iştirak etmək;
  • Marketinq və ya satış şöbəsindən təklif olunan yeni məhsullar üzərində xətt imkanlarına uyğun test nümunələri aparmaq, onları təqdim etmək və nəticəyə uyğun qərar vermək;
  • Sifariş verilən əlavə xammallar üzərindən həmin məhsulun sənədindəki göstərilmiş normaya uyğun test nümunələri vermək və əldə  olunan nəticələrlə bağlı hesabat vermək;
  • Zay məhsul istehsalının səbəblərini təhlil etmək;
  • Təbii yetişdirilmiş acıtmaların (çovdar unu və buğda unu acıtması)  resepturaya əsasən dozalanması və sərfiyyatı prosesinə nəzarət; 
  • Yeni məhsulların texnoloji reqlamentinin tərtibatı prosesi;
  • Alınacaq xammal və qatqı maddələri üzrə spesifikasiya sənədlərinin hazırlanması prosesində iştirak etmək;

Namizədə tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi, qida texnologiyası, kimya mühəndisliyi və digər əlaqəli ixtisaslar üzrə);Minumum 3 il iş təcrübəsi;Soyuq zəncir istehsalat sahəsində təcrübəsi arzuolunandır 
  • İstifadə olunan xammalların kimyəvi tərkibini bilmək;
  • Qatqı maddələrinin kimyəvi tərkibini və dozaj miqdarını bilmək;
  • Qatqı maddələrinin faydalı və zərərli tərəflərini dəqiq bilmək;
  • Reseptlərin hazırlanması metodlarını mükəmməl bilmək;
  • Məhsulların fermentasiya və prufinq şəraitinin qurulması parametrlərini bilmək;
  • Məhsullar üzrə bişmə temperaturlarını dəqiq bilmək;
  • Mikrobioloji şəraitin normada saxlanma metodlarının tətbiqini bilmək.

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir

Üstünlüklərimiz: 

  • Nahar 
  • Servis 
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Texnoloq” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar