BHT
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
Təsvir
Əgər turizm sahəsində satış təcrübəniz, güclü ünsiyyət bacarıqlarınız və müştərilərlə peşəkar işləmək qabiliyyətiniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Müştərilərin sorğularını operativ şəkildə cavablandırmaq və uyğun tur paketləri təklif etmək
- Otel, aviabilet, transfer, sığorta və digər turizm xidmətlərinin rezervasiyasını həyata keçirmək
- Fərdi və qrup turlarının hazırlanması və satışını təşkil etmək
- Müştərilərə viza prosedurları, səyahət qaydaları və tur proqramları barədə ətraflı məlumat vermək
- Bilet, otel rezervasiyası, sığorta və viza sənədlərini təşkil etmək
- Müqavilə və ödəniş sənədlərini hazırlamaq
- Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
- Satış hədəflərinin icrasında aktiv iştirak etmək
- Sosial media və digər satış kanalları vasitəsilə müştəri cəlb edilməsinə dəstək olmaq
- Tur zamanı yaranan problemləri həll etmək
- Müştərinin təhlükəsiz və rahat səyahətini təmin etmək
- Günlük satış və görülən işlər üzrə hesabatları hazırlamaq və 1C proqramına daxil etmək
- Həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək
Tələblər
- Turizm, menecment vəya alternativ ixtisas üzrə ali təhsil
- Turizm sahəsində minimum 1-3 il iş təcrübəsi
- Satış və ünsiyyət bacarıqlarının yüksək olması
- Müştəri yönümlü və nəticə fokuslu yanaşma
- Populyar turizm destinasiyaları üzrə geniş bilik və şəxsi səyahət təcrübəsi
- Fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində iştirak təcrübəsi
- Amadeus, Galileo, Sabre və digər rezervasiya sistemləri ilə işləmək bacarığı
- Şəxsi satış portfeli və ya korporativ müştəri bazasının olması
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dillərinin azı biri üçün minimum B2 səviyyəsi
- Aylıq satış hədəflərini icra etmə və satış nəticələri üzrə hesabatlılıq təcrübəsi
- Yüksək təqdimat və danışıqlar aparmaq bacarığı
- Müştəri etirazlarının idarə olunması və problem həll etmə bacarığı
- Stress altında işləmək və operativ qərar vermək bacarığı
- MS Office proqramları ilə işləmə bacarığı
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 11 iyun 2026 (bu elan) · glorri.az
- 19 may 2026 · jobsearch.az