AHY
"Azərbaycan Hava Yolları" QSC
Uçuş əməliyyatları üzrə auditor
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Aparıcı Uçuş Əməliyyatları auditorunun və/və ya Komplayens Monitorinqi Şöbəsinin rəhbərinin göstərişlərinə uyğun olaraq daxili və xarici auditləri, audit yoxlamalarını və inspeksiyaları həyata keçirmək;
- Audit və yoxlamalar nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icrasını izləmək və onların vaxtında tamamlanmasına nəzarət etmək;
- Azərbaycan Hava Yollarının standartlarına, eləcə də müvafiq Mülki Aviasiya Orqanlarının və digər tənzimləyici qurumların tələblərinə uyğunluğun təmin edilməsinə dəstək vermək;
- Təşkilatın bütün fəaliyyət istiqamətləri və əməliyyat sahələri üzrə normativ tələblərə uyğunluğun davamlı olaraq qorunmasına töhfə vermək;
- Aparıcı Uçuş Əməliyyatları auditoruna və Komplayens Monitorinqi Şöbəsinin rəhbərinə inzibati və təşkilati məsələlərdə dəstək göstərmək;
- Audit fəaliyyəti ilə bağlı hesabatların, sənədlərin və digər məlumatların hazırlanmasında və idarə edilməsində iştirak etmək.
Tələblər
- Uçuş Mühəndisliyi, Navigatorluq, Dispatch və ya digər aviasiya ixtisası üzrə bakalavr təhsili;
- Compliance Monitoring və ya SMS sahəsində minimum 1 il iş təcrübəsi;
- Aktiv və ya Frozen ATPL lisenziyasına malik namizədlərə üstünlük;
- Azərbaycan dilində sərbəst, ingilis dilində minimum B2 (Upper-Intermediate) səviyyəsində bilik;
- Texniki və peşəkar sənədləri anlama, hazırlama və təhlil etmə bacarığı;
- Ana dili daşıyıcıları ilə effektiv ünsiyyət və peşəkar müzakirələrdə iştirak bacarığı;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək və hesabat/prezentasiya hazırlamaq bacarığı;
- Güclü analitik düşünmə, problem həll etmə, detallara diqqət və məsuliyyətlilik;
- Komanda işi və effektiv kommunikasiya bacarıqları;
- Aviasiya sahəsinin normativ və tənzimləyici tələbləri barədə bilik və onlara uyğun fəaliyyət göstərmək bacarığı.
İş qrafiki: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı