AYN
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ümumi şöbə üzrə kiçik mütəxəssis
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- İnsan resursları
Vəzifə haqqında
Təsvir
- Agentliyə daxil olan müraciət və sorğuların qanunvericiliyə uyğun (vətəndaşların müraciətləri və informasiya əldə etmək haqqında qanunlar) vaxtında cavablandırılmasını təmin etmək və təkliflər hazırlamaq;
- Sənədlərin qovluqlarda düzgün saxlanılmasını, daxil olan və yola salınan korrespondensiyanın uçotunu aparmaq;
- Cari arxiv sənədlərinin sistemləşdirilməsi, mühafizəsi, arxiv sənədləri əsasında arayışların tərtibi və hesabatlılığın aparılması;
- İş nomenklaturasının hazırlanmasında iştirak etmək, müddəti keçmiş materialların silinməsi və məhv edilməsi üçün müvafiq aktların hazırlanması;
- Şöbə və sektor əməkdaşlarına cari iş prosesində köməklik göstərmək və struktur rəhbərinin tapşırıqlarını vaxtında icra etmək;
- İşgüzar ünsiyyət, peşə etikası və konfidensiallıq qaydalarına ciddi riayət etmək.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office (Word, Excel) və internet resursları ilə sərbəst işləmək bacarığı;
- Kargüzarlığın vahid dövlət sistemi və onun əsasları;
- Təşkilati-göstəriş sənədlərinin vahid sistem standartları;
- Kargüzarlığın aparılmasına dair əsasnamə və təlimatlar;
- Əməyin mühafizəsi normaları və daxili nizam-intizam qaydaları.