UKB
Unibank Kommersiya Bankı
Verilənlərin mühəndisliyi və platformaları şöbəsinin Müdiri
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
- Namizəd data warehouse, data lake, ingestion pipeline-ları, orchestration layer və BI, data science və məhsul komandalarının istifadə etdiyi platforma alətlərinə cavabdeh olan komandaya rəhbərlik edəcək.
- Data platformasının strategiyasının, arxitekturasının və roadmap-inin hazırlanması (DWH, Data Lake, streaming ingestion, orchestration və governance);
- Analitika, BI və ML workload-ları üzrə platformanın etibarlılığı, performansı, miqyaslana bilməsi və xərclərinə end-to-end məsuliyyətin daşınması;
- Core banking və digər əməliyyat sistemlərindən analitik layere real-time və batch ingestion proseslərinin dizaynı və idarə olunması;
- Data governance, lineage, məlumat keyfiyyəti və giriş nəzarətinin təmin edilməsi;
- BI, analitika, verilənlər və məhsul subkomandaları ilə sıx əməkdaşlıq edərək platformanın əsas daxili müştərilərinə dəstək göstərilməsi.
Üstünlüklərimiz:
- Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramı;
- Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
- PostgreSQL, MySQL, MS SQL və ya Oracle əsasında qurulmuş klassik RDBMS Data Warehouse-ların (multi-terabyte miqyasda) dizaynı və idarə olunması üzrə təcrübə;
- Ən azı bir columnar engine ilə praktiki təcrübə — ClickHouse, Greenplum və ya ekvivalent texnologiyalar;
- Apache Airflow və/və ya Apache NiFi ilə production mühitində iş təcrübəsi;
- Ən azı bir big data compute framework ilə praktiki təcrübə: Spark, Impala və ya Trino;
- Güclü Python biliyi;
- Aşağıdakı komponentləri birləşdirən müasir DWH və Lakehouse arxitekturalarının qurulması üzrə uğurlu təcrübə:
Real-time CDC ingestion (Debezium və ya ekvivalent);
Object storage data lake-lər (MinIO, Ceph, managed S3);
ETL və orchestration alətləri (Airflow, dbt və s.);
Data governance və metadata catalog həlləri (OpenMetadata və s.);
Agentic AI development alətlərindən (Claude Code, Codex və ya bənzərləri) gündəlik və sərbəst istifadə bacarığı;
- Rus və ya ingilis dillərində yazılı və şifahi sərbəst ünsiyyət bacarığı mütləqdir.
Üstünlükdür:
- dbt üzrə təcrübə;
- MLOps stack üzrə biliklər: MLflow, Feast, EvidentlyAI;
- Maliyyə sektoru və ya digər tənzimlənən sahələrdə iş təcrübəsi.