CPM
City Park Mall

Videoqraf

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼1,300+
Müraciət et
Kateqoriya
Dizayn

Vəzifə haqqında

City Park Mall komandası üçün kreativ və peşəkar Videoqraf axtarırıq!

Əgər vizual storytelling bacarığına sahibsinizsə, kreativ çəkilişlər etməyi sevirsinizsə və dinamik mühitdə işləmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Namizəddən gözləntilərimiz:

  • Tədbir, məkan və brend kontentinin foto və video çəkilişi sahəsində iş təcrübəsi
  • Videoqrafiya üzrə peşəkar biliklər (kamera ayarları, işıqdan düzgün istifadə, kompozisiya və RAW formatda işləmə bacarığı)
  • Fotoqrafiya bacarıqları və yüksək keyfiyyətli, stabil çəkilişlər həyata keçirmək bacarığı
  • Adobe Premiere, Lightroom, Photoshop və digər proqramlarda montaj və post-production bacarıqları
  • Kreativ yanaşma və güclü vizual storytelling düşüncəsi
  • Detallara diqqətli, məsuliyyətli və operativ iş prinsipi
  • Komanda ilə effektiv işləmək bacarığı
  • Full-time iş rejimində çalışma imkanı

Biz nə vəd edirik?

  • Dinamik və kreativ iş mühiti
  • Mall tədbirləri, kampaniyalar və müxtəlif brendlərlə real layihələrdə iştirak imkanı
  • Peşəkar inkişaf və güclü portfolio formalaşdırmaq üçün geniş imkanlar

İş şəraiti:

  • Həftədə 5 iş günü
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: 1300 – 1500 AZN (Müsahibə əsasında təyin olunacaq)
  • İş yeri: Ağ Şəhər, Babək prospekti, Giriş 146 — City Park Mall

Uyğun namizədlər CV və portfolio-larını mövzu hissəsində “Videoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar