A
ABB

VİP müştərilərlə iş departamentinə Məhsul sahibi

1 ay əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
İnformasiya texnologiyaları

Vəzifə haqqında

Görəcəyiniz işlər:

  • İmtiyazlı müştərilər üçün əmanət və investisiya məhsullarının yaradılması, davamlı optimallaşdırılması və innovativ inkişafın təmin edilməsi;
  • Məhsulun inkişaf yol xəritəsinin hazırlanması, backlog-un idarə olunması və prioritetləşdirilməsi;
  • Biznes tələblərinin toplanması, müvafiq hesabatların təhlili, analitik modellərin və yanaşmaların hazırlanması;
  • Analitik nəticələr əsasında biznes yönümlü təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Bazar və rəqiblərin təhlili ilə müştəri təcrübəsi üzrə mövcud vəziyyətin qiymətləndirilməsi, çətinlik nöqtələrinin və inkişaf imkanlarının müəyyən edilməsi;
  • Təhlillərin nəticələrinin cədvəl, diaqram və dashboard formasında sadə və aydın şəkildə təqdim edilməsi;
  • Kampaniya və satış təşəbbüslərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi;
  • Hazırlanan modellərin performansının izlənməsi və davamlı şəkildə optimallaşdırılması;
  • Biznes proseslərin rəqəmsallaşdırılması və təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi;
  • Strukturlar ilə effektiv kommunikasiya və əməkdaşlığın qurulması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Minimum beş il iş təcrübəsinə malik (maliyyə, investisiya məhsulları üzrə təcrübə üstünlükdür);
  • ACCA və ya CFA sertifikatları üstünlükdür;
  • Bank və ya investisiya sahəsi istiqamətlərində biliklərə (məhsullar, müştərilər);
  • Yaxşı səviyyədə MS Excel biliklərinə;
  • Vizuallaşdırma bacarıqlarına (üstünlükdür);
  • Komandada (Scrum/Agile) işləmək bacarığına və yeni texnologiyaları öyrənmə potensialına malik;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına malik olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar