A
ABB

VİP müştərilərlə iş departamentinin Müştəri təcrübələri üzrə mütəxəssisi / aparıcı mütəxəssisi

2 ay əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
İnformasiya texnologiyaları

Vəzifə haqqında

Görəcəyiniz işlər:

  • İmtiyazlı müştərilər üçün tədbir konseptlərinin hazırlanması və həyata keçirilməsi;
  • Tədbirlərin planlanması, təşkili, koordinasiyası və icrasının təmin edilməsi;
  • Tədbir üzrə biznes tələblərinin toplanması, konsept, büdcə və fəaliyyət planlarının hazırlanması;
  • Tədbirlərin effektivliyinin qiymətləndirilməsi, nəticələrin təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Təcrübələrin araşdırılması, yeni trendlərin və inkişaf imkanlarının müəyyən edilməsi;
  • Kampaniya, satış və brend təşəbbüsləri ilə inteqrasiya olunmuş layihələrin hazırlanması;
  • Tədbir proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Daxili strukturlar, partnyorlar və vendorlarla effektiv kommunikasiya və əməkdaşlığın qurulması;
  • Vizuallar, dəvətnamələr, promo materiallar və kommunikasiya məzmunları üzrə təkliflərin hazırlanması;
  • Məkan, xidmət təminatçılarının və tərəfdaşların seçilməsi və koordinasiyası;
  • Müştəri məmnuniyyətini və loyallığını artırmağa yönəlik fərdiləşdirilmiş təcrübələrin yaradılması;
  • Özəl müştərilər üçün eksklüziv tədbir formatlarının hazırlanması və idarə olunması;
  • Tədbir iştirakçılarının təcrübəsinin xəritələndirilməsi və təkmilləşdirilməsi;
  • Tədbir proseslərində yaranan çətinlik nöqtələrinin müəyyən olunması və operativ həll edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə malik;
  • Minimum 3 il tədbir idarəçiliyi, marketinq, PR və ya əlaqəli sahələrdə iş təcrübəsinə malik;
  • Tədbir planlama, təşkilatçılıq və koordinasiya üzrə praktiki biliklərə sahib;
  • Vendor, partnyor və agentliklərlə işləmək bacarığına malik;
  • Yaxşı səviyyədə PowerPoint və təqdimat hazırlama bacarıqlarına malik;
  • Büdcə planlaması və xərclərin idarə olunması sahəsində biliklərə sahib (üstünlükdür);
  • Vizual düşüncə, tədbir konsepti hazırlama və kreativ yanaşma bacarığına malik;
  • Komandada (Scrum/Agile mühitində üstünlükdür) işləmək və paralel layihələri idarə etmək bacarığına sahib;
  • Güclü kommunikasiya, təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarıqlarına malik;
  • Özəl müştəri seqmenti ilə işləmə təcrübəsi üstünlükdür;
  • Problem həll etmə, operativ qərarvermə və yüksək məsuliyyətlilik xüsusiyyətlərinə sahib şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar