ADY
Azərbaycan Dəmir Yolları
Xidmət keyfiyyətinin ölçülməsi üzrə Böyük mütəxəssis (Sərnişin daşımaları departamenti)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Təsvir
- Sərnişinlərə xidmət strukturlarında göstərilən xidmət və keyfiyyəti qiymətləndirmək və hesabat hazırlamaq;
- Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqlərin hesabatını hazırlamaq;
- Sərnişinlərə xidmət standartlarına uyğun xidmət göstərilmədikdə araşdırılmasını nəzarət etmək;
- Departamentə daxil olan ərizə , şikayət və təklifləri araşdırmaq və nəzarət etmək;
- Sərnişinlərə xidmət göstərən əməkdaşların işinə nəzarət etmək və qiymətləndirmək;
- Sərnişinlərə xidmət göstərən əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirmək;
- Rəhbərlik tərəfindən verilən göstərişlərin icra olunmasını təmin etmək;
- Gündəlik görülmüş işlər barədə hesabatlar hazırlamaq.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
- Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə;
- MS Office - yaxşı səviyyədə;
- Xidmət keyfiyyətlərin ölçülməsi üçün standartlar üzrə biliklər;
- Müştəri xidmətlərinə dair biliklər;
- Diqqətlilik;
- Müstəqil işləmə;
- Nəticəyönümlülük;
- ADY daxili və xarici ezamiyyələr ola bilər.