FSC
Fire Safety Caspian Azerbaijan

Yanğın Aşkaretmə və Həyəcan Sistemləri üzrə Mütəxəssis

2 həftə əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼1,800+
Kateqoriya
Mühəndislik

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Ünvanlı və analoq yanğın siqnalizasiya sistemlərinin quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
  • Yanğın panellərinin proqramlaşdırılması, zonaların və ünvanların konfiqurasiyası;
  • Elektrik sxemlərinin və layihə çertyojlarının oxunması və tətbiqi;
  • Kabel xətlərinin çəkilməsi, panel, detektor və modulların düzgün montajına nəzarət;
  • Xətt qüsurlarının test cihazları vasitəsilə aşkarlanması və aradan qaldırılması;
  • Yanğın sistemlərinin digər mühəndis sistemləri ilə inteqrasiyasının təmin edilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Honeywell, Bosch, Siemens, Schrack, Mavigard, Ziton, Rubej və digər sistemlərlə işləmə bacarığı;
  • Yanğın paneli proqramları ilə sərbəst işləmək bacarığı;
  • Elektrik və zəif axın sistemləri üzrə texniki biliklər;
  • Problemləri operativ analiz və həll etmə bacarığı;
  • Komandada işləmək və məsuliyyətlilik.

Təklif olunur:

  • Əmək haqqı: 1800-2300 AZN;
  • Peşəkar inkişaf və layihələrdə iştirak imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Göndərilən məktubun “mövzü” yerində “Yanğın Aşkaretmə və Həyəcan Sistemləri üzrə Mütəxəssis” qeyd edin.

Oxşar vakansiyalar