AYN
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Yol nişanları üzrə kiçik mütəxəssis

Bakı 16 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Mühəndislik

Vəzifə haqqında

Təsvir

Təsvir

  • Agentliyə daxil olan və fəaliyyət istiqamətləri üzrə aidiyyəti müraciət və sorğuların araşdırılması, təhlili və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavabların hazırlanması;
  • Respublika üzrə küçələrin və yol infrastrukturu elementlərinin siyahılarının hazırlanması, məlumatların sistemləşdirilməsi və yenilənməsi;
  • Müvafiq siyahılar əsasında regionlara sifarişlərin və texniki tapşırıqların göndərilməsi, icra prosesinin koordinasiya olunması;
  • Vətəndaş və təşkilat müraciətləri əsasında yol hərəkətinin təşkili, nişanlanma və digər aidiyyəti məsələlərlə bağlı tədbirlərin həyata keçirilməsi;
  • Yol nişanları və yol nişanlama xətlərinin standartlarının hazırlanması və təkmilləşdirilməsi məqsədilə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması və əlaqələndirilməsi;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərin monitorinqi və qiymətləndirilməsi prosesində iştirak edilməsi;
  • Yol hərəkətinin təşkili sahəsində tətbiq olunan norma, standart və metodologiyaların araşdırılması, təhlili və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Fəaliyyət istiqaməti üzrə həftəlik, aylıq və illik hesabatların hazırlanması, statistik məlumatların təhlili və təqdimatların tərtib edilməsi;
  • Aidiyyəti dövlət qurumları, yerli icra orqanları və digər tərəfdaşlarla işgüzar əməkdaşlığın təmin edilməsi;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icra edilməsi;
  • Xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunması, konfidensiallıq tələblərinə riayət olunması;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekoloji tələblərə uyğun fəaliyyət göstərilməsi.


Tələblər

Tələblər

  • Ali təhsil;
  • Yol hərəkətinin təşkili, yol infrastrukturu, şəhərsalma, nəqliyyat və ya digər uyğun sahələr üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramları, AutoCAD, ArcGIS, Google Earth Pro və digər aidiyyəti proqram təminatlarında işləmək bacarığı;
  • Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında", "Vətəndaşların müraciətləri haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunvericiliyi üzrə biliklər;
  • "Yol nişanları və siqnalları haqqında" 1968-ci il Vyana Konvensiyası, onu tamamlayan Avropa Sazişi və "Yolların nişanlanması barədə" Protokol üzrə biliklər;
  • Dövlət Şəhərsalma Norma və Qaydaları, yol hərəkətinin təşkilində tətbiq olunan QOST/DÜİST standartları və digər normativ sənədlər üzrə biliklər;
  • Analitik düşünmə, tədqiqat aparma və problemləri effektiv həll etmə bacarığı;
  • Müraciətlərin araşdırılması, hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə;
  • Komanda ilə işləmək, danışıqlar aparmaq və müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Yüksək təşkilatçılıq, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Detallara diqqət, qərarvermə, stressə davamlılıq və dəyişikliklərə sürətli adaptasiya bacarığı;
  • Peşə etikası qaydalarına riayət etmək, obyektivlik və yüksək yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq.

Oxşar vakansiyalar