"Caspian Energy Group" MMC

"Caspian Energy Group" MMC

Topdansatış və pərakəndə ticarət
1 open positions

Caspian Energy Group 2005-ci ildə təsis edilmişdir və hal hazırda respublikamızın iri inşaat materialları idxalçılarından biridir. Şirkətin anbarlarında (15000 m 2 açıq və 5000 m 2 qapalı) hər zaman 400-dən çox çeşiddə yüksək keyfiyyətli müxtəlif izolyasiya və inşaat materialları saxlanılır. Şirkət inşaat sektoru məhsulları istehsalçıları – Texnonikol, Ursa, İzocam, Kronoçpan, Latonit, Sika, Basf, Euroizol kimi dünya brendlərinin Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkətimiz fəaliyyət göstərdiyi 19 il ərzində müştərilərini stabil olaraq keyfiyyətli izolyasiya məhsulları ilə təmin edərək 2000-dən çox müştərinin güvənini qazanmış və etibarlı tərəfdaşa çevrilmişdir. Son illər ərzində dövlətimizin sahibkarlığa və yerli istehsala dəstəyini hiss edərək, şirkətimiz öz istehsallarını qurmaq üzərində aktiv işlərə başlamışdır. Hazırda 3 müxtəlif istiqamətdə istehsallarımızı qurmuşuq: CPS Markası altında alçıpan profilləri və aksesuarları fabriki, Euroizol markası altında fasad dübelləri fabriki və CEG markası altında plastik meyvə yeşikləri fabriki. Bundan sonra da istehsal istiqamətində fəal çalışaraq, "Made in Azerbaijan" şüarını qürurla xarici bazarlara da çıxarmağı özümüzə məqsəd qoymuşuq. İnşaatınızı yüksək keyfiyyətli, etibarlı izolyasiya və inşaat materialları ilə təmin etmək istəyirsinizsə, Sizi şirkətimiz ilə yaxından əməkdaşlığa dəvət edirik.

caspian-energy.az[email protected]+994 12 555 50 00Bakı Şəhəri, Əhməd Rəcəbli 266

Open positions

Newest postings first

See all jobs
Get notified when "Caspian Energy Group" MMC posts a new job
By email or on Telegram — free, unsubscribe anytime.
Subscribe