GT
Monthly salary
Salary negotiable
- Work mode
- Full-time
- Category
- Finance
About this role
Təsvir
- Şirkətin maliyyə və mühasibatlıq proseslərini təhlil etmək və onların 1C sistemində düzgün əks olunmasını təmin etmək;
- Maliyyə məlumatlarının təhlilini aparmaq, dövri və xüsusi təyinatlı hesabatlar hazırlamaq;
- Büdcə, gəlir, xərc və pul vəsaitlərinin hərəkəti üzrə məlumatları analiz etmək və rəhbərliyə təqdim etmək;
- İstifadəçi tələblərini toplamaq, təhlil etmək və sistemdə tətbiqi üçün texniki tapşırıqlar hazırlamaq;
- 1C sistemində yeni funksionallıqların tətbiqində iştirak etmək, test proseslərini həyata keçirmək və nəticələri qiymətləndirmək;
- Maliyyə və biznes proseslərinin avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq və tətbiqində iştirak etmək;
- Sistem üzrə yaranan problemləri araşdırmaq, səbəblərini müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək;
- Maliyyə məlumatlarının düzgünlüyünə və tamlığına nəzarət etmək;
- Maliyyə göstəricilərinin monitorinqini aparmaq, kənarlaşmaları müəyyən etmək və rəhbərliyə təqdim etmək;
- Audit, daxili nəzarət və digər yoxlamalar zamanı tələb olunan məlumat və hesabatları hazırlamaq;
- İstifadəçilərə metodoloji dəstək göstərmək, zəruri hallarda təlimlər keçirmək və təlim materialları hazırlamaq;
- Digər struktur bölmələrlə əməkdaşlıq edərək biznes tələblərini müəyyənləşdirmək və uyğun sistem həlləri təklif etmək.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, Maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil;);
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus və İngilis dili biliyi (üstünlükdür);
- İş təcrübəsi: 1C platforması və ya maliyyə üzrə 2-3 il iş təcrübəsi;
- Maliyyə, mühasibatlıq və idarəetmə uçotu üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili bacarığı;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- SQL və məlumat bazaları üzrə biliklər (üstünlükdür);
- Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Biznes proseslərinin modelləşdirilməsi və təhlili sahəsində təcrübə