SA
Monthly salary
Salary negotiable
- Category
- Finance
About this role
“NG SKY” MMC “Accountant” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır!
Əsas öhdəliklər
- Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktı və s.) qəbul olunması, yoxlanılması və təsdiq edilməsi;
- Kassa, bank, mal-material, əsas vəsaitlər, debitor və kreditor borcları üzrə uçot əməliyyatlarını aparmaq;
- Təchizatçılar və müştərilərlə qarşılıqlı hesablaşmaların uçotunu həyata keçirmək və üzləşmə aktlarını hazırlamaq;
- Bank əməliyyatlarını həyata keçirmək, ödəniş tapşırıqlarını hazırlamaq və bank hesablarının hərəkətinə nəzarət etmək;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək, nəticələri uçotda əks etdirmək;
- Debitor və kreditor borclarının düzgün tanınması və uçotda əks etdirilməsi;
- Qısamüddətli və uzunmüddətli öhdəliklərin uçotunun aparılması;
- Mühasibat sənədlərinin məxfiliyini və təhlükəsizliyini təmin etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Vəzifə üzrə əsas tələblər:
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə 2 il iş təcrübəsinin olması;
- Elektron vergi sistemləri ilə işləmək bacarığı;
- Məxfi məlumatlarla işləmək və konfidensiallığı qorumaq bacarığı;
- İngilis dili biliklərinin olması üstünlükdür;
- 1C mühasibat proqramı üzrə iş təcrübəsi;
- MS Excel proqramında sərbəst işləmək bacarığı;
- MS Office (Word, Outlook) proqramlarından istifadə bacarığı;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.