PRE
PASHA Real Estate Group

Accounting Specialist

Bakı Posted 3 h ago Source: glorri.az ↗
Monthly salary
Salary negotiable
Apply
Work mode
Full-time
Category
Finance

About this role

Təsvir

Biz Maliyyə – Mühasibatlıq komandasına qoşulmaq üçün detallara diqqətli və məsuliyyətli Mühasibatlıq üzrə mütəxəssis axtarırıq. Vəzifə maliyyə əməliyyatlarının icrası, ERP sistemlərində uçotun aparılması və ay/il sonu bağlanış proseslərinə dəstəyi əhatə edir. Namizəd mühasibat uçotu standartlarına, vergi qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi məqsədilə daxili və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edəcək. İdeal namizəd təşəbbüskar, sistemli və sürətli iş mühitində effektiv işləmə bacarığına malik olmalıdır.


Əsas vəzifələr:

  • Gündəlik ödənişlərin və bank əməliyyatlarının dəqiq və vaxtında icrası
  • ERP sistemlərində (COINS, 1C) mühasibat uçotunun aparılması
  • Fakturaların hazırlanması və gəlirlərin düzgün tanınmasının təmin edilməsi
  • Təchizatçılar, müştərilər və daxili şirkətlərarası hesabların uzlaşdırılması
  • Əməkhaqqı, ofis və kommunal xərclərin uçotu
  • Ay sonu və il sonu bağlanış proseslərinə dəstək
  • Vergi, audit və qanunvericilik hesabatlarının hazırlanmasına yardım göstərilməsi
  • Daxili qayda və prosedurlara, həmçinin risklərin idarə olunması tələblərinə tam riayət olunmasının təmin edilməsi

Tələblər

  • Mühasibatlıq, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Mühasibatlıq və maliyyə sahəsində minimum 1 il iş təcrübəsi
  • Mühasibat uçotu, bank əməliyyatları və maliyyə hesabatlılığı prosesləri üzrə dərin biliklər
  • ERP sistemləri (COINS, 1C) ilə iş təcrübəsi
  • MS Office proqramlarında yüksək səviyyədə bilik və bacarıq
  • İngilis və Azərbaycan dillərində sərbəst danışıq və yazı bacarığı
  • ACCA, CIMA və ya digər peşəkar sertifikatların olması üstünlükdür

Similar jobs

: