Ata Pack MMC Anbardar
About this role
Vəzifə öhdəlikləri
Anbara daxil olan və çıxan məhsulların qəbulunu və təhvilini həyata keçirmək
Məhsulların düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək
Stock qalıqlarına nəzarət etmək və inventarlaşmada iştirak etmək
Qəbul-təhvil sənədlərini hazırlamaq və yoxlamaq
Anbarda nizam-intizam və təhlükəsizlik qaydalarına riayət etmək.
Anbar ehtiyatlarının mütəmadi yoxlanılması və inventarizasiyanın aparılması
Rəhbərliyə anbar vəziyyəti barədə məlumat verilməsi
Anbar inventarizasiyasında (sayımda) iştirak etmək.
Anbardar tərəfindən aparılan sənədləşmələrdə texniki köməklik göstərmək.
Mal qalığı, qəbul və çıxarış qeydiyyatına dair ilkin məlumatları hazırlamaq.
Namizədə tələblər
Ali təhsil;
Sahə üzrə 2-3 il iş təcrübəsi tələb olunur
Fiziki cəhətdən sağlam olmaq;
Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
Böyük istehsal avadanlıqları ilə işləməyə maraqlı olmaq.
Xanım namizədlərə üstünlük verilir.
İş şəraiti
Başlanğıc əməkhaqqı: 700 AZN (iş tam öyrədildikdən sonra əməkhaqqı artırılır);
Rəsmi əmək müqaviləsi;
Nahar, iş forması və servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki: 5 günlük;
İstirahət günləri: Şənbə və Bazar;
İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).
Qeyd: İş istehsalat sahəsində və böyük avadanlıqlarla əlaqəli olduğundan fiziki cəhətdən sağlam namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər CV-lərini 055 201 26 68 nömrəsinə (WhatsApp) və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

“ATA PACK” MMC artıq 3 ildir ki,Azərbaycanda çap sektorunda uğurla fəaliyyət göstərən və istehsal etdiyi məhsul tipinə görə yeganə tədarükçüdür.Şirkətimiz ölkənin paytaxtı Bakı şəhərində sənaye…