Bafco İnvestBafco İnvest

Anbardar

Posted 18 h ago Source
Logistics
Monthly salary
₼830+
Application deadline
22 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri

  • Xammalın anbara qəbulunu, düzgün yerləşdirilməsini, saxlanılmasını və istehsalata vaxtında verilməsini təşkil etmək;
  • Anbara daxil olan və anbardan çıxan xammalın uçotunu aparmaq və 1C sistemində düzgün qeydiyyatını təmin etmək;
  • Xammal qalıqlarına gündəlik nəzarət etmək, uyğunsuzluqları vaxtında aşkar edib rəhbərliyə məlumat vermək;
  • Anbarın inventarizasiya prosesini təşkil etmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
  • Anbar sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;
  • Xammalın saxlanma şəraitinə, təhlükəsizlik və səliqə-sahman qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Anbardar köməkçilərinin gündəlik iş bölgüsünü həyata keçirmək, onların fəaliyyətini koordinasiya etmək və iş intizamına nəzarət etmək;
  • Anbardar köməkçilərinin iş keyfiyyətini qiymətləndirmək, onları istiqamətləndirmək və iş prosesinin səmərəli təşkilini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icrasını təşkil etmək;
  • Anbar fəaliyyətinin fasiləsiz və səmərəli təşkil olunmasını təmin etmək.

Tələblər:

  • Ali təhsil;
  • Microsoft Excel proqramı üzrə yaxşı bilik;
  • 1C proqramında işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
  • Ağdam ərazisində yaşayan namizədlərə üstünlük verilir.

İş şəraiti:

  • Əmək haqqı: 830 Azn (net) 
  • İş yeri: Ağdam Sənaye parkı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Anbardar” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Bafco İnvest
Bafco İnvest

Similar jobs

See all